Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
Tarix: 02.06.2020 | Saat: 09:23:00 | E-mail | Çapa göndər


Siqaret və spirtli içki aludəçıləri özlərini yeni növ koronavirusa yoluxma riskinə məruz qoyurlar.
Palitranews.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Dyomin "Parlamentskaya Gazeta"ya müsahibə verib.
Mütəxəssisin sözlərinə görə, alkoqol bədənin təhlükəli infeksiyaya qarşı mübarizəsində "ağırlaşdırıcı" rol oynayır. Alkoqolun virusdan qorunma qabiliyyəti barədə təsdiqlənmiş məlumatlar mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatı siqaretlə bağlı eyni fikirdədir.
"Bir çox siqaret çəkənlərin immun ehtiyatları infeksiyaya yoluxmazdan əvvəl tükənmiş olur. Buna görə də, xroniki xəstələr, yaşlılarla birlikdə siqaret çəkənlər və spirtli içki içənlər də koronavirusa yoluxma baxımından risk qrupuna aid edilə bilər", - professor qeyd edib.
Eyni zamanda, mütəxəssis pandemiyanın başlanğıcında siqaret və alkoqolu "qurtuluş və virusdan qorunma" olaraq tövsiyə edənləri kəskin şəkildə tənqid edib:
"İstənilən alkoqol qəbulu ağciyərlərə zərər verir, qaraciyərdə zəruri maddələrin sintezini pozur. Bunlar isə bədəndəki zərərli maddələri zərərsizləşdirməli olan iki "sistem"dir".




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Dünya plastik tullantı pəncəsində
14.07.2020
Filosoflar oteli-VIDEO
13.07.2020
Xristian ölkələrində nə qədər müsəlman və məscid var?
12.07.2020
Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər
12.07.2020
Türkiyənin ən yüksək körpüsü

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
5 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info