AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib
Tarix: 02.06.2020 | Saat: 10:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib. Olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə hazırlaşan 185 XI sinif şagirdi iştirak edib. Əvvəlcə rektor Vilayət Vəliyev şagirdləri salamlayıb. Onlara olimpiada haqqında ətraflı məlumat verib. Bildirib ki, olimpiadanın keçirilməsində məqsəd mühəndis ixtisasına marağı artırmaqdır. Rektor həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan da söhbət açıb.
Müsabiqədə abituriyentlərə fizika və riyaziyyat fənlərinin hər biri üzrə 2, kimya və informatika fənlərinin hər biri üzrə 1 sual təqdim olunub.
Qaydaları pozan, köçürməyə cəhd edən iştirakçılar müsabiqədən uzaqlaşdırılıb.
Qeyd edək ki, olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət yaradılan işçi qrupu tərəfindən yoxlanıldıqdan sonra elan ediləcək.
Qaliblərə müxtəlif hədiyyələr və sertifikat təqdim olunacaq. Bundan əlavə, müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunsa, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq.




 
Bölməyə aid digər xəbərlər
15.07.2020
AMEA Naxçıvan Bölməsində uğurlu nəticələr əldə olunub
14.07.2020
BDU Elmi Şurasının onlayn iclası keçirilib
14.07.2020
Azərbaycan dili imtahanlarının nəticələri elan edildi
14.07.2020
BDU-da akademik Abdulla Qarayevin yubileyinə dair onlayn dəyirmi masa keçirilib
14.07.2020
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
5 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info