“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
Tarix: 02.06.2020 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


İlhan Baba:Bəzən Azərbaycanın dəyərli sənətçilərinin mahnılarını radiomda səsləndirirəm”

İlhan Baba Almaniyada fəaliyyət göstərən Radio Babanın (www.radiobaba.de) qurucusudur. Özünü “bir millət, iki dövlət” insanı olaraq görən İlhan Baba verilişlərində zaman-zaman Azərbaycanı da tanıdır. Eyni zamanda Almaniyadakı azərbaycanlıların fəaliyyəti haqqında yerli qəzetlərdə və radioda xəbərlər verir.

-Öncə özünüz haqda məlumat vermənizi xahiş edirik.
-Mən uzun zamandır Almaniyada yaşayıram. Qurduğum ailə şirkətimiz üzərindən mətbuat, turizm, marketinq, satış, məsləhətçilik, reklam təqdimatı işi ilə məşğul oluruq. Azərbaycana və azərbaycanlı dostlarımıza böyük önəm verirəm. Azərbaycanlılar arasında dağınıqlıq söz mövzusu olsa da, bəziləri ilə Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq. Özümü Azərbaycanın könüllü fəxri konsulu kimi görürəm.

-Azərbaycanı Almaniyada necə tanıdırsız?
-Öncəliklə deyim ki, Azərbaycan xalqına öz ölkəmin xalqı qədər əhəmiyyət verirəm. Burdakı azərbaycanlı dostlara media dəstəyi veririrəm. Onu da deyim ki, Azarbaycanda olmuşam. Bəzən Azərbaycanın dəyərli sənətçilərinin mahnılarını radiomda səsləndirirəm.

-Almaniyada hansı Azərbaycan diaspor təşkilatları ilə əlaqəniz var?
-Burada Azərbaycan-Alman Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri Azad Rəhimov və digər azərbaycanlılarla əlaqələrim var. Çalışıram onların keçirdiyi tədbirlərə qatılım. Onlarla birgə layihələrimizin keçirilməsi ilə bağlı müzakirələrimiz olub.

-Azərbaycanla bağlı etmək istədiyiniz hansı ideyalarınız var?
- Azərbaycana əhəmiyyət verib sevdiyimdən bu ölkənin, Avropa Birliyi dövlətlərində daha yaxşı tanıdılmasını mümkün görürəm. Azərbaycanın gözəlliklərini, mədəniyyətini Avropa Birliyi ölkələrində tanıtmaq üçün imkanlarımız genişdir. Azərbaycanın məhsullarının Avropa Birliyi ölkələrindəki marketlərində olmasını istəyirlərsə, iş adamlarınıza, vətəndaşlarınıza böyük vəzifələr düşür. Ən əhəmiyyətli vəzifədə Azərbaycan adına bəzilərinin daha çox fəaliyyət göstərməsi lazımdır. “Harada hərəkət, orada bərəkət vardır” düşüncəsi olan insanla yola çıxılaraq iş görmək lazımdır. Şərait yaradılarsa yanıma yaxşı Azərbaycanca bilən birini də götürərək, Azərbaycana qatqı təmin edəcək layihələrimin reallaşması üçün əmək sərf edə bilərəm.

Fuad Hüseynzadə













 
Bölməyə aid digər xəbərlər
11.07.2020
“Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
07.07.2020
“Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
04.07.2020
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
04.07.2020
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
03.07.2020
Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info