Daşkənddə Maqsud Şeyxzadənin anadan olmasının 112 illiyi ilə bağlı videokonfrans keçirilib
Tarix: 02.06.2020 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Daşkənddəki Mühəndislik və Dəmiryol Nəqliyyatı İnstitutu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 112-ci illiyi münasibətilə videokonfrans keçirib.

Tədbirdə institutun professor-müəllim heyəti, tələbələr, digər universitetlərin alimləri iştirak edib.

Konfransı institutun kafedra müdiri Guldora Mustafayeva açaraq Maqsud Şeyxzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib.

İnstitutun prorektoru Dilşod Baratov Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən “Böyük xidmətləri üçün” ordeni ilə təltif olunduğunu qeyd edib. O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən sitat gətirib : “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.

AMM-nin direktoru Samir Abbasov Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.

S.Abbasov Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin geniş təbliğ edildiyini vurğulayıb və bu məsələnin daim Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqətində olduğunu söyləyib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov Maqsud Şeyxzadənin dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin əsas tədqiqatçısı olduğunu qeyd edib. O, ədibin dram əsərlərini Şekspirin “Hamlet”, “Otello”, “Kral Lir” əsərləri ilə müqayisə edib və onun “Mirzə Uluğbəy”, “Cəlaləddin Manguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib.

AMM-nin əməkdaşı Kifayət Pirməmmədova Mədəniyyət Mərkəzində Maqsud Şeyxzadə ilə bağlı keçirilən tədbirlər haqqında məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib
07.07.2020
Paşinyan büdcə dəliklərini qanun pozucularının köməyi ilə yamamaq istəyir
07.07.2020
Rusiyada son gündə 198 nəfər koronavirusdan öldü
07.07.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 500-ü keçdi
06.07.2020
Ermənistan fövqəladə vəziyyət rejimini dördüncü dəfə uzatmaq niyyətindədir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info