“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
Tarix: 02.06.2020 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Polşanın “Historia” nəşrində Fərid Şəfiyevin Rusiya imperiyasının köçürmə siyasətinə dair məqaləsi dərc olunub

Polşanın nüfuzlu “Historia” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Rusiya imperiyasının köçürmə siyasəti və bunun Ermənistan-Azərbaycan münaqişəsinə təsirinə dair məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ilk olaraq Rusiya imperiyasının XIX əsrdə erməniləri Cənubi Qafqaza köçürmə siyasətinin əsas məqamları nəzərdən keçirilir. Həmçinin regionda baş vermiş demoqrafik dəyişikliyin XX əsrdə Ermənistan ilə Azərbaycan arasında gərginləşən münaqişəyə təsiri təhlil edilir.
Müəllif bildirir ki, XIX əsrin əvvəllərində Qacarlar və Osmanlı imperiyaları ilə sərhəddə yerləşən Cənubi Qafqaz Rusiya üçün vacib strateji əhəmiyyət daşıyırdı. Buna görə də Rusiya imperiyası ermənilərin regiona köçürülməsi barədə qərar qəbul edir. Fərid Şəfiyev qeyd edir ki, ilk köçürmə 1828-ci ildə 16 mart-11 iyun tarixləri arasında baş tutub. Bu zaman 40 min erməni Qafqaza köçürülüb.
Köçürmənin ikinci dalğası isə 1829-cu ildə həyata keçirilib. Bildirilir ki, XIX əsrdə Rusiya imperiyası tərəfindən həyata keçirilən köçürmə kampaniyaları Cənubi Qafqazda radikal dəyişikliklərə səbəb olub. Bundan isə daha çox azərbaycanlılar əziyyət çəkiblər. Belə ki, onların əraziləri ilə yanaşı, iqtisadi və sosial inkişafı məhz imperialist ideyaları naminə üstünlüyü ermənilərə verən Rusiya tərəfindən idarə olunub.
Müəllif köçürülmə siyasəti ilə etnik-ərazi münaqişələri arasında bağlılığı qeyd edərək yazır ki, qeyri-bərabər demoqrafik dəyişiklik Bakı kimi böyük şəhərlərdə də sabitliyin pozulmasına səbəb olub və 1905-1906-cı illərdə etniklərarası qanlı toqquşmalar baş verib. “Demoqrafik vəziyyət, yəni, yaşadıqları ərazilərdə say üstünlüyü etnik qrupları həmin torpaqlara iddia etməyə həvəsləndirib”,- deyə müəllif vurğulayıb.

“Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərmişik”
Xəbər verildiyi kimi, Kanada parlamentinin üzvü Reyçl Harderin ölkəmizin işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu” göndərib. Milli Məclisin ötən gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Tural Gəncəliyev bu xanıma etiraz məktubu göndərdiyini deyib.
O bildirib ki, bundan öncə də icma və öz adından Kanada Parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu”nu göndərməsinə etiraz edib:
“Reyçl Harderin köməkçisi erməni mənşəlli Kanada vətəndaşıdır. Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderin saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirərdi. Münaqişə ilə bağlı məsələni obyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
Deputat Ramil Həsən isə qeyd edib ki, həmkarı Tural Gəncəliyevin dediyi kimi, Milli Məclisin 82 ölkə ilə parlamentlərarası dostluq qrupu var: “Prezidentin burada ilk iclasdakı çıxışı bizim hər birimiz üçün fəaliyyət istiqaməti olmalıdır. Dövlət başçısı hücum diplomatiyasından danışdı. Biz onun çıxışından yola çıxaraq, dostluq qruplarında hücum diplomatiyasının üstünlüklərindən istifadə etməliyik”.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şuşa şəhərciyində qeyd edilib
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşəbbüsü ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü Yeni Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyindəki uşaqlarla birgə qeyd edilib.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından APA-ya verilən məlumata görə, Şuşa şəhərciyində yaşayan məcburi köçkün icmasının uşaqları ilə təşkil edilən bayram görüşündə “ADA” Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın müəllifi olduğu “Kirpi və Zəncirotu” kitabının təqdimatı keçirilib.
Qeyd olunub ki, Şuşadakı Topxana meşəsində yaşayan Kirpi balasından bəhs edən uşaq kitabı ilk olaraq 2011-ci ildə ABŞ-da nəşr edilib. İllüstrasiyalar ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevə məxsusdur.
Görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması adından hədiyyələr təqdim edən icmanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova bildirib ki, icmanın əhalisinin 140 min üzvü uşaqlardır: “Onların hüquqlarını qorumaq bizim ən ümdə vəzifələrimizdəndir. Qarabağı görmək, orada ailələri ilə birgə sülh şəraitində yaşamaq bu uşaqların hüququdur. Onlar bizim icmanın gələcəyi, Qarabağ irsinin daşıyıcılarıdır.
Dünyadakı hər bir uşağın xoşbəxt böyümək haqqı var. Hər bir uşağın sağlam, tox, valideyn qayğısını hiss edərək, təhsil alaraq böyümək, dostlarının, doğmalarının yanında böyümək haqqı var. Bir də, dünyadakı bütün uşaqların öz vətənlərində böyümək, yaşamaq, öz vətənlərində xoşbəxt olmaq haqqı var.
30 il əvvəl ölkəmizdə bu təməl haqq böyük bir nəslin əlindən alındı. Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi. Yüz minlərlə uşaq üstündə “köçkün” adı gəzdirərək, çadır düşərgələrində, vaqonlarda, qapı-pəncərəsiz yataqxana, məktəb, bağça otaqlarında böyüməyə məhkum oldu. Yüz minlərlə uşaq normal yaşayış tərzindən, doyunca yeməkdən, oyuncaqlardan məhrum bir uşaqlıq keçirdi. O köçkün uşaqlar çadır məktəblərdə təhsil almalı, uşaqlıq illərini məhrumiyyətlər və vətən nisgili ilə keçirməli oldular. Şəraitsizlik, qaçqınlıq, kasıblıq onların çoxuna sağlam böyüməyə, normal təhsil almağa, özlərini təsdiqləməyə imkan vermədi.
Biz inanırıq ki, o gün mütləq gələcək. O uşaqlar öz ataları, babaları ilə birlikdə öz tarixi vətənlərinə qayıdacaq. Onların ata-baba yurdu Qarabağda yenə azərbaycanlı və erməni uşaqlar birlikdə, sülh və dostluq içində, sağlam və xoşbəxt yaşayacaq”.
Xatırladaq ki, hazırda Azərbaycan Respublikasında 140 minədək uşaq məcburi köçkün kimi yaşamaqda davam edir. Həmin uşaqların ən təməl hüquqları Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində pozulub. Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 76 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və yüz minlərlə azərbaycanlı uşaq heç vaxt unutmayacaqları psixoloji travmaya məruz qalıb. 2017-ci ildə Ermənistan ordusunun mina və qumbaratanlardan açdığı atəş nəticəsində 2 yaşlı Zəhra Quliyeva qətlə yetirilib
Yeri gəlmişkən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
23.06.2020
Azərbaycan “Tvinninq” layihəsinə görə liderdir
23.06.2020
“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”
22.06.2020
“Antisemitizm Ermənistanda, həmçinin dünyada mövcud olan erməni icmalarında geniş yayılan problemdir“
22.06.2020
“Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkmir“

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info