“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
Tarix: 02.06.2020 | Saat: 18:06:00 | E-mail | Çapa göndər



Bu gün bizim məktəbimiz “Evdə qal , təhsildən qalma” şüarına nəinki tam şəkildə qoşulub, həmçinin üzərinə düşən öhdəlikləri yüksək səviyyədə həyata keçirməkdədir



Pandemiya ilə bağlı həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq məqsədi daşıyıb. Bu gün artıq bir faktdır ki, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Pandemiya dövründə şagirdlərin təhsildən geri qalmamaları üçün dərslər Təhsil Nazirliyinin rəhbərliyi ilə virtual məktəb layihəsi, teledərslər və onlayn dərslər vasitəsi ilə həyata keçirilir. Bu cür təhsil sistemi ölkəmizdə ilk dəfə tətbiq edilsə də hər bir məktəbin müəllimi öz bilik və bacarıqlarını əsirgəmir. Şagirdlərin hərtərəfli inkişafında vacib şərtlərdən olan təhsil sahəsində müəllimlərin rolu ön plana çıxır. Belə bir mürəkkəb şəraitdə gənc nəslin istər mənəvi, istərsə də zehni inkişafı kimi məsələlər məhz müəllimlik kimi şərəfli peşə sahiblərinin öhdəsinə düşür. Beləliklə bu gün pandemiyanın yayılması nəticəsində məktəblərin müvəqqəti olaraq fəaliyyətini dayandırması ilə bağlı təhsil zəhmətkeşləri qarşısında şagirdlərin təlim-tədrisdən qalmamasını təmin etmək vəzifəsi durur. Müsahibimiz bu gün şagirdlərin təhsili üçün öz bacarığını əsirgəməyən müəllimlərin çalışdığı belə təhsil ocaqlarından biri Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynovdur:

- Ölkədə pandemiya ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə reallaşan tədbirləri necə qiymətləndirirsiniz?
- Bildiyimiz kimi dünyanı bürüyən COVİD 19 Pandemiyası ilə əlaqədar olaraq bütün ölkələrdə olduğu kimi respublikamızda da vətəndaşlarımızın bu virusa yoluxmaması və ya minimuma endirilməsi istiqamətində bir çox tədbirlər görüldü, addımlar atıldı. Sadəcə digər ölkələrdən fərqli olaraq bizim ölkədə bu addımlar və tədbirlər çevik, operativ, ləngimədən həyata keçirildi ki, bu da özünü nəticələrdə yaxşı mənada və müsbət istiqamətdə açıq şəkildə göstərdi. Vətəndaşın sağlamlığını hər şeydən önəmli hesab edən Prezidentimiz cənab İlham Əliyev bir daha sübut etdi ki, dövlət hər zaman vətəndaşının yanındadır, vətəndaşın mənafeyi hər şeydən üstündür. Sərhədlərin bağlanması, tədrisin dayandırılması və əmək fəaliyyətinin məhdudlaşdırılması, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, əhalinin sağlamlığının qorunması istiqamətində görülən digər tədbirləri buna misal göstərə bilərik. Mən bu cür tədbirləri və addımları çox yüksək qiymətləndirir, vaxtında və ən düzgün formada görülən işlər kimi dəyərləndirirəm. Nəticələrə də diqqət yetirsək əgər açıq aydın görünür ki, ölkəmizdə pandemiyaya yoluxan və ölənlərin sayı digər ölkələrdən qat- qat aşağıdır.
- Məktəblərin müvəqqəti bağlanmasına görə onlayn tədris üsulu həyata keçirilir. Sizin məktəb bu istiqamətdə işini necə qurub?
- İlk olaraq onu qeyd edim ki, respublika səviyyəsində görülən işlərə Təhsil Nazirliyi də operativ qatılaraq düzgün, uğurlu və çevik qərarları ilə şagirdlərimizin və tələbələrimizin təhsildən geri qalmaması üçün lazımi tədbirləri həyata keçirdi. 3 martdan etibarən ümumtəhsil müəssisələrində tədris dayandırıldı, az bir müddətdə “Mədəniyyət” və ARB kanallarında teledərslərə start verildi, daha sonra virtual məktəb layihəsi işlənilib hazırlandı, onlayn dərslərə start verildi. Bizim Bakı şəhəri Yasamal rayonu 60 nömrəli məktəbimizin rəhbər, müəllim və şagird heyəti də bu istiqamətdə tez bir zamanda işlərini quraraq tədris prosesinin həyata keçirilməsi üçün fəaliyyətə başladı. İlk olaraq bütün şagirdlərə teledərslər haqqında məlumat verildi. Daha sonra müəllimlərimiz Zoom proqramı vasitəsilə onlayn dərslərini keçməyə başladı. Virtual məktəb layihəsinə start verildiyi andan şagirdlər, müəllimlər Mictosoft Teams proqramında ilk növbədə qeydiyyatdan keçdilər, daha sonra isə müəllimlər cədvəllərini hazırlayaraq şagirdləri məlumatlandırdılar və dərs vaxtı gələn kimi şagirdlər xəbərdar olur və dərslərdə iştirak edirlər. Məktəb rəhbərliyi də bütün bu proseslərin gedişini rahat şəkildə izləyir və lazımi anda dərslərdə, dinləmələrdə iştirak edir. Həmçinin mütəmadi olaraq müəllimlərlə onlayn iclas keçirilir, təlimatlar verilir, fikir mübadiləsi aparılır.
- Bəzən belə bir fikir səslənir ki, dərslərin onlayn olması keyfiyyət göstəricilərini aşağı sala bilər. Sizin bu barədə fikirlərinizi bilmək istərdik.
- Təbii ki, onlayn dərslər ənənəvi keçirilən dərslərlə eyni effekti bu gün hələ ki, tam şəkildə verə bilməz. İlk olaraq ona görə ki, sistem hələ yeni qurulub və qurulmaqdadır, yeniliklər və müəyyən lazım olan nüanslar tədricən nəzərə alınaraq tətbiq olunur. Dərsin tədris olunması ilə yanaşı nə dərəcədə effektiv olması, (şagirdlərdən cavabların alınması, şagirdlərin dərsi nə dərəcədə dərk etməsi və s ) qiymətləndirmə, keyfiyyətli internet, İKT resursları vacib məsələlərdəndir. Düşünürəm ki, bu istiqamətlərdə də iş aparılır və biz tez bir zamanda mükəmməl distant təhsil sisteminə malik ilk dövlətlərdən biri olacağıq. Bir sözlə, qarşıya çıxan və çıxa biləcək problemlər aradan qaldırılmaqdadır.
- Dərslərin hazırlanma və təqdim olunma səviyyəsi sizi qane edirmi?
- Qeyd edim ki, müəllimlərimiz öz işlərinə çox məsuliyyətlə yanaşır, verilən tapşırıqları maksimum yüksək səviyyədə həyata keçirməyə çalışırlar. Hər bir dərsə öncədən hazırlaşır, dərs forma və ləvazimatlarını qabaqcadan hazırlayır, təqdim edərkən dərslərdə iştirak edən bütün şagirdlərin dərsləri başa düşməsi üçün əllərindən gələni edirlər.
- Bu gün sizin məktəb "Evdə qal, təhsildən qalma" şüarına qoşularaq üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirmi?
- Bu gün bizim məktəbimiz “ Evdə qal , təhsildən qalma “ şüarına nəinki tam şəkildə qoşulub, həmçinin üzərinə düşən öhdəlikləri yüksək səviyyədə həyata keçirməkdədir. Nəinki riyaziyyat, ana dili, xarici dili və s. kimi dərslər, həmçinin idman, musiqi, rəsm, həyat bilgisi kimi dərslər də tədris olunur, müxtəlif müsabiqələr keçirilir. Bu yaxınlarda məktəb üzrə rəsm müsabiqəsi onlayn qaydada həyata keçirildi və müxtəlif nominasiyalar üzrə rəsm əsərləri səsvermə ( valideyn, müəllim və şagird) nəticəsində qalib oldu. Həmçinin Heydər Əliyev - 97 təqdimatında məktəbimiz respublika üzrə 2- ci yeri tutdu, Fibonaççi intellektual bilik yarışmasında 150 məktəb arasında hər zaman uğurlu çıxış etmişik və hətta bir həftənin 1-cisi olmuşuq. Bütün bu uğurlar və nailiyyətlərimiz məktəb saytında, məktəbimizin “youtube” kanalında, qruplarda işıqlandırılıb və paylaşılıb. Son olaraq başda Prezidentimiz İlham Əliyev olmaqla, Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə öz adımdan və məktəb kollektivi ( müəllim və valideyn heyəti) adından insanların sağlam qalması, şagirdlərimizin təhsildən geri qalmaması istiqamətində görülən tədbirlərə və yaradılan şəraitə görə dərin təşəkkürümü bildirirəm.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info