Dünya orduları ilə müqayisə ediləcək qədər yüksəlmiş və adı böyük hərflə yazılmağa layiq olan AZƏRBAYCAN ORDUSU
Tarix: 02.06.2020 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

“Nankor qonşusu tərəfindən haqsız ərazi iddialarına məruz qalan, torpaqları işğal edilən ölkə Ordusunun inkişaf etməməyə, yüksək döyüş qabiliyyəti və mənəvi-psixoloji səviyyəyə malik olmamağa, peşəkarlaşmamağa, qüdrət¬lən¬məməyə mənəvi haqqı yoxdur. Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs vəzifədən, vuruşaraq ərazilərimizi düşməndən azad etmək əzmindən də Azərbaycan Ordusunun dönmək niyyəti yoxdur. Əslində başqa cür ola da bilməz. Bunu bizdən zaman, xalq, dövlətimiz tələb edir”.
Azərbaycan Ordusu sözünün yazının başlığında böyük hərflərlə yazılması heç də təsadüfi deyil. Bu bir növ Orduda xidmət edən, Ordumuzun güclənməsi, qüdrətlənməsi naminə yorulmadan çalışan, fəal iştirak edən, əlindən gələni edən, bacardığı qədər bu prosesdə zəhməti olan insanların əməyinə veriləcək qiymətin və Ordu quruculuğunda qısa müddət ərzində belə böyük uğurlar qazanmağa nail olmuş Azərbaycan dövlətinə, onun başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanına olan ehtiramın çox kiçik göstəricisidir.
Bu gün öz gücü, qüdrəti, imkanları, döyüş əzmi, mənəvi ruhu, təminatı, təchizatı, ən müasir döyüş vasitələrinə və sadalamadığımız digər parametrlərinə görə dünyanın 50 güclü ordusu sırasında özünə layiqli yer tutan ordumuz haqqında danışarkən adının böyük hərflərlə yazılması, sözün həqiqi mənasında çox balaca və simvolik bir jest olduğunu başa düşmək çox da çətin deyil. Azərbaycan Ordusu bu gün nail olduğu uğurlara görə sözün həqiqi mənasında hörmətə, ehtirama, sevgiyə və dəstəyə layiq olan ORDUDUR.
Yola saldığımız may ayı tarixi və əlamətdar günlərlə zəngindir. Faşizm üzərində qələbənin 75 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü və 28 may - Respublika Günü. Bu bayramları hörmətlə və böyük ehtiramla qeyd edərkən, Vətənimizin çiçəklənməsi yolunda canını qurban verən, sağlamlığını itirən, xalqımız qarşısında xidmətləri olan insanların əməyi də daima böyük hörmətlə, minnətdarlıq hissi ilə qeyd edilir. Əlamətdar günlərdə həmin insanları xatırlayarkən və tarixi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışarkən Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixində ən böyük əsəri olan güclü, qüdrətli Azərbaycan Ordusundan danışmamaq düzgün deyil.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün qətiyyətlə davam etdirilən Azərbaycan Ordusunun inkişaf prosesi bütün illər ərzində daim yüksələn templə, planlı şəkildə həyata keçirilib.
Əslində başqa cür ola da bilməz. Nankor qonşusu tərəfindən haqsız ərazi iddialarına məruz qalan, torpaqları işğal edilən bir ölkənin Ordusunun inkişaf etməməyə, yüksək döyüş qabiliyyəti və mənəvi-psixoloji səviyyəyə malik olmamağa, peşəkarlaşmamağa, qüdrətlənməməyə mənəvi haqqı yoxdur. Ordumuz artıq bu parametrlərə cavab verən həddə yüksəlmişdir və yüksəlməkdə davam edir. Bunu bizdən zaman, xalq və dövlətimiz tələb edir.
Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs vəzifədən, vuruşaraq ərazilərimizi düşməndən azad etmək əzmindən də Azərbaycan Ordusunun dönmək niyyəti yoxdur. Məhz buna görə də Ordumuzun güclü, müasir silahlara, döyüş qabiliyyətinə, döyüş ruhuna, qələbə əzminə malik olması labüddür, qaçılmazdır və zamanın tələbidir.
Deyirlər təkrar biliyin anasıdır. Bu deyimə əsaslanaraq son bir neçə il ərazində alınan, ölkəmizdə istehsal edilərək ordumuzun istifadəsinə verilən silahları bir daha sadalamaq yerinə düşər. “İldırım” və modernləşdirilmiş S-125, «РМ 70/85», «Qasırğa», «Ekstra», «Polonez», «LORA» və s. kimi zenit-raket sistemləri, S-31 «Vena», «DANA», «TOC-1A Solntsepyok», «MSTA-S», 2A 36 «Geasint» və s. kimi artilleriya və minaatan sistemləri, «SPAYK» və «XRİZANTEMA-S» kimi tankəleyhinə idarəolunan raket kompleksləri, Т-90S tankları, BMP-3, ZTR 82 А və s. kimi zirehli-döyüş texnikaları, “Super Muşşak”, L-39 təlim-döyüş təyyarələri, «BELL-412», «MD-530» və «Mİ-35» helikopterləri, «АEROSTAR», «HERON», «ORBİTER», yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə pilotsuz uçuş aparatları (PUA), eləcə də açıqlanması məqsədəuyğun olmayan digər hərbi döyüş vasitələri. Ən əsası isə bütün bu texnika və silahlardan peşəkarlıqla, bacarıqla, inamla, effektiv istifadəyə qadir olan Azərbaycan hərbçiləri də hazırlanıb. Bütün bunları gördükdən, bildikdən sonra əminliklə deyə bilərik ki, müasir silahlarla, texnoloji avadanlıqlarla təchiz edilən bölmələrimiz qısa müddətdə döyüş vəziyyətinə gətirilməklə, günün istənilən saatında və istənilən iqlim şəraitində döyüş tapşırıqlarını maksimal səmərəli icra etmək gücünə və imkanına malikdir. Buna heç şübhə edilməsin.
Döyüş əməliyyatlarının keçiriləcəyi ərazilərin xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınaraq düşmən üzərində qəti qələbəni təmin etmək məqsədilə Ordumuzun silahlanmasına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da son müşavirədə qeyd etdiyi kimi, Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən alınan müasir silah və hərbi texnikalar, eləcə də digər hərbi təyinatlı avadanlıqların daxil edilməsi prosesi davam edir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, artıq ordumuzun imkanlarının gücləndirilməsi istiqamətində atılan addımlarda müasir döyüş taktikasına uyğun olaraq, düşmənlə birbaşa təmasa girmədən onun qüvvə və vasitələrini məhv etmək məsələsi daim ön planda yer alır. Tam qətiyyətlə deyə bilərik ki, düşmənlə döyüş meydanında üz-üzə gəlməzdən əvvəl, uzaq məsafədən zərbələr endirməklə onun hərbi strukturlarını iflic vəziyyətə salmaq, canlı qüvvələrini maksimum demoralizə etmək istiqamətində də artıq böyük işlər görülmüşdür. Ordumuzun sərəncamında olan və bir neçə yüz kilometrlərlə məsafədən yüksək dəqiqliklə atəş açmaqla böyük dağıdıcı imkanlara malik olan silahlar bunu deməyə əsas verir.
“Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq” fikirlərini səsləndirməklə Müdafiə nazirimiz də yuxarıda qeyd etdiyimiz istiqamətdə böyük işlərin görüldüyü faktını təsdiqləyib
Burada daha bir məqamı da təkrarən qeyd etmək yerinə düşər. Ordumuzun irimiqyaslı, genişmiqyaslı təlimlər keçirməsi, istifadəsində olan silahlardan bacarıqla yararlanması, qarşıya qoyulan təlim-döyüş tapşırıqlarını ustalıqla icra etməsi üçün yaradılan imkanlar həm ölkəmizin iqtisadi qüdrətindən xəbər verir, həm də böyük zəhmətin, elmi, mənəvi, fiziki ehtiyatların da səfərbər edilməsi deməkdir. Bunu hərbçilərimiz gözəl başa düşür. Xalqımız, dövlətimiz də əmin ola bilər ki, döyüş qabiliyyətinin artırılması məqsədilə gündəlik keçirilən məşqlərə və planlı şəkildə icra edilən təlimlərə yaradılan imkanların hədər getmədiyini Ordumuz hər an düşmənlə döyüşdə sübut etməyə hazırdır və qadirdir. Necə ki, bunu 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt əməliyyatları zamanı əldə etdiyi uğurlarla sübut etdi. Bu gün tam əminliklə demək olar ki, həmin qələbələri yenidən təkrarlamağa Ordumuzun gücü, imkanı, döyüş texnikası, peşəkarlığı, mənəvi-psixoloji hazırlığı və döyüş əzmi tam yetərlidir.
PS: Yuxarıda qeyd etdiyimiz kimi bütün bu sadaladıqlarımızdan sonra əlimizi ürəyimizin üzərinə qoyaraq təkrarən deyə bilərik ki, Azərbaycan Ordusu bu müsbət fikirlərə və adının böyük hərflərlə yazılmasına layiqdir.
Fikrimcə dövlət müstəqilliyimizin qarantı olan Ordumuzun bu xoş sözlərə layiq olduğunun daha bir göstəricisi, Azərbaycan Ordusunun müqayisə edildiyi, bir cərgədə adı çəkildiyi həmin ölkələrin ordu quruculuğu tarixi, dövlətlərin belə qüdrətli ordular yaratmaq üçün sərf etdikləri illər, verdiyi qurbanlar, dözdüyü məhrumiyyətlər və səfərbər etdikləri maddi resurslarıdır. Biz buna tarixi baxımdan çox qısa bir zaman kəsiyində nail olmuşuq ki, bu da alqışa layiq məqamdır
Bəli bu gün 1.000 illik, 500 illik ordu quruculuğu təcrübəsi olan ölkələrin orduları ilə eyni sırada Azərbaycan Ordusunun da adının çəkilməsi qürur, hörmət, sevgi, ehtiram və rəğbət hissi doğurur. Əgər Ordumuzun uğurlarından danışarkən azərbaycanlıyam deyən kimsə bu gözəl hissləri keçirmirsə, duymursa, yaşamırsa, deməli, ya o şəxslərin daxilində bu gözəl duyğular yoxdur, ya da onlar özlərini azərbaycanlı hesab etmir.

İsa İsmayılov
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı,
hərbi jurnalist




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Azərbaycan qazı Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək
06.07.2020
“Aİ-yə üzv bəzi ölkələr Türkiyə ilə münasibətlərdə səmimi deyil”
06.07.2020
“Avropa İttifaqının Türkiyə ilə daha çox əməkdaşlığa ehtiyacı var“
04.07.2020
“Türkiyə xəstəxanaları Avropada birinci, dünyada isə sayılıb-seçilən xəstəxanalardır“
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info