ABŞ-da etiraz aksiyaları zamanı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb
Tarix: 03.06.2020 | Saat: 09:43:00 | E-mail | Çapa göndər


ABŞ-da afroamerikalı Corc Floydun ölümündən sonra son günlər keçirilən etiraz aksiyaları zamanı azı 11 nəfər həlak olub.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "KTLA" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına əsasən, etiraz aksiyaları zamanı ölümlər Çikaqo (İllinoys ştatı), Detroyt (Miçiqan ştatı), Omaha (Nebraska ştatı), Devenport (Ayova ştatı), Oklend (Kaliforniya ştatı) və Luisvill (Kentukki ştatı) şəhərlərində qeydə alınıb. Ölənlərin əksəriyyəri afroamerikalılardır.
Telekanal həmçinin bildirir ki, etiraz aksiyaları zamanı yüzlərlə insan xəsarət alıb. Xəsarət alanların dəqiq sayı bildirilmir.
"Associated Press" agentliyinin son hesablamalarına əsasən, son bir neçə gün ərzində ABŞ-da etiraz aksiyaları zamanı təxminən 4,4 min nəfər həbs edilib.
Qeyd edək ki, ABŞ-ın təxminən 40 şəhərində, o cümlədən Vaşinqton, Los-Anceles və Nyu-Yorkda etiraz aksiyaları səbəbilə komendant saatı tətbiq edilib.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Әfqanıstanda silahlı hücum,ölәnlәr var
14.07.2020
Pakistan mətbuatı: Azərbaycana qarşı təxribatçı hərəkətlərə görə Ermənistan tam məsuliyyət daşıyır
14.07.2020
Misir mətbuatında Azərbaycan diasporunun Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb
14.07.2020
Niderland diasporasından Azərbaycan xalqına dəstək
14.07.2020
ABŞ-dakı yəhudi humanitar təşkilatı erməni təxribatları ilə bağlı bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
5 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info