“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
Tarix: 03.06.2020 | Saat: 10:55:00 | E-mail | Çapa göndər


"Sədərək" Ticarət Mərkəzində satıcı və sahibkarların tibbi maskadan istifadə etməsi məsələsi nəzarətə götürülüb.
Bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, mərkəzin daxili nəzarət komissiyası bazar ərazisində mütəmadi reydlər keçirir: "Mayın 31-də bazar fəaliyyətə başlanan gün mərkəz rəhbərliyinin tapşırığı ilə bazar sahibkarları və satıcılara 15 min ədəd tibbi maska pulsuz olaraq paylandı. Bundan başqa, mərkəz rəhbərliyi Sumqayıtdakı maska zavodu ilə müqavilə bağlayıb və bazar ərazisindəki bütün apteklər tibbi maska ilə təmin olunub. Yəni, artıq heç bir sahibkar və satıcı maska qıtlığını bəhanə edə bilmir. Bazar ərazisindəki apteklər də hər gün nəzarətdə saxlanılır, satışda aptek olub-olmaması yoxlanılır".

M. Qədimov bildirib ki, bununla yanaşı Qaradağ rayon Polis İdarəsinin əməkdaşları da bazar ərazisində reydlər keçirir, sahibkar, satıcı və müştərilərin tibbi maskadan istifadə etməsini tələb edirlər: "İyunun 1-i və 2-də Qaradağ rayon Polis İdarəsinin əməkdaşları bazar ərazisində reyd keçirdi. Məlumata görə, ərazidə 10-a yaxın şəxsin maskadan istifadə etmədiyi aşkarlanıb və həmin şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilib. Hazırda bazar ərazisində tibbi maskalardan istifadə ilə bağlı daxili nəzarət davam etdirilir".
Mərkəz rəsmisi qeyd edib ki, hələlik bazarda o qədər də sıxlıq müşahidə olunmur: "Həm bazar fəaliyyətini yeni bərpa edib, həm də toy, ad günləri mərasimləri olmadığından bazarda o qədər də sıxlıq yoxdur. Bazar ərazisində sosial məsafəyə də əməl edilir. Bazar ərazisində sosial məsafə saxlamaq üçün təbliğat elanları yazılıb, səsgücləndiricilər vasitəsilə mütəmadi olaraq əhaliyə qoruyucu vasitələrdən istifadə etmək tövsiyyə olunur".




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Qafqaz Müsəlmanları İdarəsi Ermənistanın törətdiyi hərbi təxribatla bağlı bəyanat yayıb
14.07.2020
Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı
14.07.2020
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlandı
14.07.2020
Birləşək- qalib gələk
13.07.2020
Xalqımız hər zaman Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
3 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
4 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
5 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info