Yüksək texnoloji cəmiyyətin müsbət tərəflərindən savayı kəskin mənfi tərəfləri də mövcuddur
Tarix: 03.06.2020 | Saat: 11:51:00 | E-mail | Çapa göndər


Millət vəkili Jalə Əhmədova Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrinə “Kiber cinayət”lə bağlı məqamların əlavəsinin Milli Məclis tərəfindən müzakirə edilməsi məsələsinə münasibət bildirib. O deyib: "Mövcud global dünyamızda, müasir informasiya texnologiyaları həyatımızda çox əhəmiyyətli rol oynamaqdadır. Yüksək texnoloji cəmiyyətin bütün müsbət tərəflərindən savayı kəskin mənfi tərəfləri də mövcuddur. Onların arasında ən mühümü kiber aləmdə təhqirlərin artmasıdır. Təəssüf ki, bir çoxları təhqir və sağlam tənqidi səhv salır. Beləliklə təhqir edilən şəxs mənəvi terrora məruz qalır və özündən asılı olmayaraq stress keçirir. Təhqir edən şəxs isə məsuliyyətə cəlb edilmir və əməli cəzasız qalır.

Buna görə də, Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrinə “Kiber cinayət”-lə bağlı məqamların əlavəsi Milli Məclis tərəfindən müzakirə edilməkdədir. Əlavələrə əsasən, sosial şəbəkələrdə qeydiyyatdan keçmək üçün FİN koddan istifadə nəzərdə tutulur. Bu əlavə, sonradan təhqir məqsədi ilə istifadə edilən yalan profillərin açılmasının qarşısını alacaqdır. Həmçinin, bu əlavə sayəsində hər bir vətəndaşın öz şəxsi istifadə etdiyi bir profili olacaqdır" .




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Prezident İlham Əliyev: Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi
01.07.2020
Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb
01.07.2020
BMT rəsmisindən müraciət: “Bunu Azərbaycan üçün edin“ - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info