İran Aİ ölkələrini ABŞ-da keçirilən nümayişlərə qarşı səssiz qalmaqda günahlandırıb
Tarix: 03.06.2020 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Məhəmməd Cavad Zərif Aİ ölkələrini ABŞ Minnesota ştatında polis zorakılığı nəticəsində həyatını itirən Corc Floyd üçün keçirilən nümayişlərə qarşı səssiz qalmaqda günahlandırıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqı (Aİ) ölkələrini ABŞ-ın Minnesota ştatında polis zorakılığı nəticəsində həyatını itirən Corc Floyd üçün keçirilən nümayişlərə qarşı səssiz qalmaqda günahlandırıb.

Zərif "Twitter" hesabından verdiyi açıqlamada ABŞ şəhərlərinin hərbi gücdən istifadə təhdidlərindən başqa, etirazçılara və media nümayəndələrinə qarşı da edilən vəhşiliyin şahidi olduğunu bildirib.
Avropa İttifaqı ölkələrini ABŞ-dakı hadisələrə qarşı səssiz qalmaqda günahlandıran Zərif bunları vurğulayıb: “Qərbdən olmayan cəmiyyətlərdə baş verən hadisələrə qarşı mühakimə olunan və hakimlik edən Avropa İttifaqı ölkələri bu dəfə qulaq batıran səssizliklərini davam etdirirlər. ABŞ-ın xalqa və mediaya qarşı etdiyi vəhşi əməllər qaşısında səssiz qalacaqları təqdirdə Aİ ölkələri ağızlarını əbədi bağlamalıdırlar”.
Mayın 25-də ABŞ-da saxlanılarkən polis zorakılığı səbəbindən həyatını itirən Floyd üçün ölkənin hər yerində dağıntı, yanğın, talan və qarşıdurmalarla müşayiət olunan etiraz aksiyaları keçirilir.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb
06.07.2020
Nigeriyada qayıq batıb, ölәnlәr var
06.07.2020
Yunanıstana keçmәyә cәhd göstәrәn 42 qaçqın saxlanılıb
06.07.2020
Yaponiyada daşqın qurbanlarının sayı artır
06.07.2020
Pakistanda koronavirusdan ölənlərin sayı 4762 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info