“Vikipediya“nın Azərbaycan dili bölməsində məqalələrin sayı 160 mini keçib
Tarix: 03.06.2020 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


“Vikipediya”nın Azərbaycan dil bölməsində məqalələrin yaradılması davam edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk AZƏRTAC-a açıqlamasında bildirib ki, dörd il öncə “Vikipediya”nın Azərbaycan dil bölməsində məqalələrin sayı 106 min idi. Bu gün doğma dilimizdə məlumatların zənginləşdirilməsi işi effektiv şəkildə aparılır və Azərbaycan dili bölməsində məqalələrin sayı 160 mini keçib.
O vurğulayıb ki, “Vikipediya” bizə doğma dilimizdə ensiklopedik məlumatları yaratmağa və zənginləşdirməyə imkan verir. “Vikipediya”nın üstünlüklərindən biri də odur ki, insanlar burada öz intellekt və bacarıqlarını sınaya bilərlər. Mərkəzi Elmi Kitabxananın peşəkar təlimçiləri tərəfindən intensiv şəkildə onlayn “Vikipediya” təlimləri keçirilir. “Vikipediya”nın prinsiplərinə uyğun fəaliyyət göstərmək üçün təlimdə iştirak edənlərə maksimum qaydalar öyrədilir. Çünki məqalələr qaydalar çərçivəsində yaradılarsa və redaktə olunarsa, səliqəli, məzmunlu və maraqlı olar.
“Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, fədakar, vətənpərvər könüllülərin sayəsində “Vikipediya”nın Azərbaycan dili bölməsi inkişaf edir. Xarici dil bölmələrində olan ədəbiyyat, tarixi şəxsiyyətlər, mədəniyyət xadimləri haqqında məqalələr Azərbaycan dili bölməsində də yaradılır. Bu, dilimizdə olan məlumatların, informasiyaların artmasına və inkişafına səbəb olur. Eyni zamanda, “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılması diqqətdə saxlanılır. Xarici ölkələrdə təhsil alan və yaşayan gənclərimiz xarici dil bölmələrində fəallıqlarını artırırlar. Bu proses ölkəmizin mədəniyyəti, tarixi, ədəbiyyatı, görkəmli şəxsiyyətləri haqqında məlumatların çoxalmasına gətirib çıxarır”, – deyə Elnur Eltürk qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
06.07.2020
BMU-nun nəzdində Koreya dili və mədəniyyəti tədris olunacaq
06.07.2020
Alimlərimiz “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
06.07.2020
“Virtual məktəb”də şagirdlər üçün STEAM təhsili üzrə növbəti vebinar
06.07.2020
UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılır
06.07.2020
Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info