Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
Tarix: 04.06.2020 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Mədəniyyət Mərkəzi erməni məsələsinə dair özbək və rus dillərində daha bir layihə həyata keçirib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə araşdırmaçı alim Emin Arifin “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitabı tərcüməçi Şahistə Kamranlı tərəfindən özbək dilinə çevrilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən “Palitra”ya verilən məlumata görə, hazırda sözügedən araşdırmanın rus dilinə tərcüməsi həyata keçirilir.
Əsərdə XX əsrin əvvəllərində “erməni məsələsi”nin dünyanın aparıcı güc mərkəzi olan Böyük Britaniyanın geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın müxtəlif qurumları tərəfindən qəbul edilən qərarlarla külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatların ermənilər üçün təmin edilməsindən bəhs edilir, bu yardımların pərdəarxası səbəblərinə açıqlıq gətirilməyə çalışılır. Müəllifin Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsərdə qeyd edilir ki, ermənilərlə bu əməkdaşlıq Azərbaycanın bir çox bölgələrində fəlakət mənbəyi olaraq ortaya çıxması və minlərlə müsəlman türk əhalisinin qətlə yetirilməsinə səbəb olmuş və bu gün də Azərbaycan xalqı bu fəlakətin acısını yaşayır.
Nəşrdə böyük güclərin geosiyasi maraqlarının toqquşması kon¬teks¬tində “erməni məsələsi”nin yeri, bu dövlətlərin siyasətlərinə uyğun olaraq silahlandırılan və güc qazanan ermənilər tərəfindən gerçəkləş¬dirilən kütləvi qırğınların mahiyyətinin araşdırılması, rəqabət və təhriklər nəticəsində ortaya çıxan problemin Azərbaycan üzərindəki ağır nəticələri xarici mənbələr və arxiv materialları əsasında analiz edilir.
Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər sırf ingilis arxiv materiallarına və mənbələrinə əsaslanır. Azərbaycan Res¬publikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycan dilində nəşr edilən kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Nəşrin özbək və rus dillərinə tərcümə olunmuş hissəsinin gələcəkdə Özbəkistanda çapı da planlaşdırılır.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı layihələri ilə bu ölkədə Ermənistanın Azərbaycana təcavüzü, işğal və soyqırımı siyasətinə dair özbək və rus dillərində 9 adda kitab çap olunub, minlərlə məqalə yayımlanıb, Özbəkistanın 3 alimi Azərbaycanın müxtəlif beyin mərkəzlərində qeyd olunan mövzuda elmi araşdırmalarda iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.06.2020
Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
30.06.2020
“İstedadlı uşaqların sorağında“ adlı Beynəlxalq Onlayn Festival keçiriləcək
28.06.2020
Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
27.06.2020
Qiyabi “Beynəlxalq İncəsənət Müsabiqəsi” keçiriləcək
26.06.2020
“Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info