“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
Tarix: 22.06.2020 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Ceyhun Məmmədov: “Erməni kilsələrinin qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı mənbələrdən bir çox nümunələr göstərmək olar”

Millət vəkili Ceyhun Məmmədov azərbaycanlılara qarşı törədilmiş soyqırımılarda erməni kilsəsinin rolu barədə açıqlama verib. O deyib: “Bu günlərdə Azərbaycan şairi Mir Mövsün Nəvvabın “1905-1906-cı illərdə erməni müsəlman davası” əsərini oxudum. Kitabda 1903-1904-cü illərdə Şuşada və Qarabağın başqa bölgələrində ermənilərin Azərbaycanlılara qarşı törətdikləri amansız qəddarlıq və cinayət əməlləri haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Hələ o dövrlərdə ermənilər bu bölgədə yaşayan azərbaycanlılara qarşı kütləvi qətllər törətmiş, bu hadisələrdə erməni kilsəsi aktiv rol oynamışdır”. Millət vəkili daha sonra qeyd edib ki, həmin dövrdə də çarın əmri ilə Azərbaycanlılara silah gəzdirmək qadağan olunmuşdu. Bundan məharətlə istifadə edən ermənilər isə silahsız azərbaycanlıları təqib edərək vəhşicəsinə qətlə yetirirdilər: “Onlar bunu o zamanlar dünyanın bir çox yerlərində yaratdıqları qımdatxanalar (erməni quldur dəstələrini birləşdirən mərkəzlər) vasitəsilə həyata keçirirdilər. Bu quruma erməni ziyalıları, gənclər, sənətkar və cəmiyyətin digər nümayəndələri cəlb edilirdi. Bu qurumun əsas vəzifəsi azərbaycanlılara qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də, silahlı toqquşmalarda istifadə etmək üçün lazımi hərbi sursatın təmin olunması, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı erməni təbəqələrindən pul toplanılması idi.
Hər zaman olduğu kimi o dövrdə də erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi qətllərə xeyr-dua verən, xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin, qırğınların əsas təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olmuşlar. Kilsənin toxunulmaz Tanrı məbədi olduğu nəzərə alınaraq keşişlər həmin dövrdə onu xalqımıza qarşı erməni quldur dəstələrini silahlandıran hərbi sursat cəbhəxanasına çevirmişdilər. İnsanlığı mənəvi paklığa çağırmalı olan, onları günah əməllərdən, ədavətdən, zülmdən çəkindirmək missiyası daşıyan, insanlığı ədalətə, xeyirxahlığa, haqq yoluna dəvət etməli olan kilsə öz mahiyyətindən uzaqlaşaraq erməni quldur dəstələrinin silahlandırılaraq azərbaycanlıları qətl etməyə təşviq edirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri iğtişaş və qırğınlarda kilsənin fəaliyyətini öyrənmiş rus diplomatı, general Mayevski öz qeydlərində yazırdı: “Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti “Allah kəlamını” çatdırmaqdan yox, müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”. Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi Baron de-Bay belə yazmışdı: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur... Mənim bütün minnətdarlıqlarıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”.
Millət vəkili deyir ki, erməni kilsələrinin belə qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı mənbələrdən bir çox nümunələr göstərmək olar. Müasir dövrdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olmuşdur. Bu gün də kilsə bu missiyanı “uğurla” davam etdirir:
“Kitabda müəllif konkret epizodlarla ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri qətllərdən geniş bəhs edir. Həmin hadisələri təhlil edərkən ermənilərin azərbaycanlılara qarşı kin və küdurətinin, düşmənçiliyinin tarix boyu davam etdiyinə bir daha əmin olursan.
Sözügedən əsər istər Dağlıq Qarabağda, istərsə də digər bölgələrdə ermənilərin həyata keçirdikləri qətllərin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin öyrənilməsində və xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin mahiyyətinin öyrənilməsi baxımından xüsusi önəm daşıyır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info