Deputat xroniki xəstəlikləri olanların çətinliklərinə görə nazirliyə müraciət etdi
Tarix: 28.06.2020 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Millət vəkili Nigar Arpadarai karantin dövründə xroniki və digər xəstəlikləri olan vətəndaşların çətinlikləri ilə bağlı aidiyyatı qurumlara müraciət edib. Müraciətdə deyilir:
Bir neçə gündür ki, bizə müraciət edən vətəndaşlardan birinin qaldırdığı problemlə bağlı araşdırma aparmağa çalışırıq. Məsələ karantin dövründə immunbasqılayıcı preparatlar qəbul etmək məcburiyyətində olan vətəndaşların üzləşdiyi problemlə bağlıdır.
Səhiyyə Nazirliyinin və digər internet resurslardan əldə etdiyimiz məlumatlara əsasən Azərbaycanda hal-hazırda 1000-ə yaxın böyrək və 280-ə yaxın qaraciyəri transplantasiya olunmuş insan var (təəssüf ki, açıq resurslarda daha dəqiq statistikanı əldə edə bilmədim). Bu insanlar ömürlərinin qalan hissəsini immunbasqılayıcı preparatlar qəbul etmək məcburiyyətindədir. Dövlət bu kateqoriyada olan vətəndaşlarımızın dərman təminatını təmamilə öz üzərinə götürüb.
Lakin müraciətə əsasən bu məsələdə müəyyən çətinliklərin olması bəlli olur. Belə ki, dozaların müəyyən olunması müalicə həkimi tərəfindən təyin olunursa, həmin dozaların təsdiqi və preparatların verilməsi yalnız Bakıda və yalnız bir yerdə (Semaşko xəstəxanasında) aparılır. Nəzərə alsaq ki, xəstələr ayda bir dəfə bu prosedurlardan keçərək dərman alırlar, bu həm çox yorucudur, həm də müəyyən maddi xərclər tələb edir (bölgələrdən Bakıya gəlib getmək və digər maliyyə məsrəfləri).
Hazırda karantin rejimi ilə bağlı bu insanlar ciddi çətinliklə üzləşirlər. Bizim koronavirusa yoluxmuş insanların həyatını xilas etmək istədiyimiz bir dönəmdə, bu tip xəstəlikləri olan insanların səhhətinin pozulmasına yol verməməliyik.
Dərmanların alınması üçün yeni mexanizmin yaradılması, bu prosedurun asanlaşdırılması, xəstələrin qeydiyyat ünvanları üzrə poliklinikalarda preparatların verilməsi zərurəti yaranır. Qeyd etdiklərimlə əlaqədar Səhiyyə Nazirliyinə müraciət ünvanlayıram.




 
Bölməyə aid digər xəbərlər
13.07.2020
Nazirlik: Hazırda Azərbacanda 300 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır
12.07.2020
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb
11.07.2020
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
10.07.2020
Bu həftə sonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
10.07.2020
Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
3 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
4 Nə edək ki, koronadan yaxa qurtaraq?
5 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info