“Azərbaycan bu etimadı qlobal humanitar təşəbbüsləri və Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində qazanıb”
Tarix: 28.06.2020 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


“Azərbaycan COVİD-19 təhlükəsinin yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atıb”.

Bunu APA-ya açıqlamasında deputat Azər Kərimli bildirib.

A. Kərimli deyib ki, Azərbaycan eyni zamanda qlobal məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini, humanizm prinsiplərini üstün tutduğunu konkret əməli addımlarla sübuta yetirib, beynəlxalq münasibətlər sistemində nümunəvi bir dövlət olduğunu sərgiləyib: “Şübhəsiz ki, ölkəmizin COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər həm də Azərbaycan vətəndaşlarının həyati təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Çünki COVİD-19 qlobal təhlükədir və bu problemin bir ölkənin sərhədləri daxilində həmişəlik həlli mümkün deyil. Pandemiya özü ilə bərabər insanların həyatını təhlükəyə atan ciddi sağlamlıq problemləri gətirməklə yanaşı, neqativ təsirləri hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr də yaradıb. Dünya müharibəsi qədər təhlükəli və sarsıdıcı olduğu bildirilən COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Bu baxımdan, ölkəmizin mövqeyini, eyni zamanda, qlobal miqyasda həmrəyliyə çağırış və bu məqsədlə göstərilən praktik nümunə olaraq dəyərləndirmək lazımdır. Məhz bu səbəbdən, eyni zamanda ölkəmizin beynəlxalq əhəmiyyət daşıyan humanitar təşəbbüslərinin davamı kimi, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dan çox ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar”.

Deputat qeyd edib ki, 130-dan çox BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir: “Bu etimadı isə Azərbaycan öz beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, qlobal humanitar təşəbbüsləri və Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində qazanıb”.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Ermənistan daxilində ciddi böhrandan diqqəti yayındırmaq üçün sərhəddə təxribat törədir
13.07.2020
“Ermənistanın Tovuza hücumu həm də İlham Əliyevin Qarabağ münqişəsinin həlli ilə bağlı uğurlu fəaliyyətinə zərbə vurmaq cəhdləridir“
13.07.2020
Əhalisinin 30 faizinin işsiz və hər 3 nəfərindən biri yoxsul olan Ermənistan belə təxribatlarla sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır
13.07.2020
“Ermənistan Müdafiə naziri hərbi əməliyyatlara kompüter oyunları çərçivəsində yanaşırsa, çox yanılır”
13.07.2020
GUAM Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsinə hücumlarını pisləyir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
3 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
4 Nə edək ki, koronadan yaxa qurtaraq?
5 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info