Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir
Tarix: 29.06.2020 | Saat: 14:32:00 | E-mail | Çapa göndər



Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 503 mini keçib.


Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 503, virusa yoluxanların sayı 10 milyon 195, epidemiyadan sağalanların sayı isә 5 milyon 519 mini keçib.
128 min insan itkisilə epidemiyanın mərkəzi olan ABŞ-da səhiyyə naziri Alex Azar son günlərdə yeni növ koronavirusa yoluxma hallarının artdığını söyləyib. Yoluxmaların sayının xüsusilə cənub və qərb ştatlarda sürətlə artdığına diqqət çəkən Azar, "Ölkə indi bir neçə ay əvvəl pandemiyanın zirvəsində olduğundan fərqli bir vəziyyətdədir. Vaksin və müalicə fəaliyyətləri sürətlə irəliləyir, ancaq epidemiyanın yayılmasını yavaşlatdığımız dövr sona çatır" ifadəsini işlədib. ABŞ-da virusa yoluxanların sayı 2 milyon 628-dir.
İtaliyada epidemiya səbəbiylə son bir gündə 22 nəfər həyatını itirib, bununla da ölkədə həyat iktisi 34 min 738 nəfərə çıxıb.Aktiv yoluxmaların sayı 155 azalaraq 16618-ə düşüb. Son 24 saat ərzində 174 yeni yoluxma qeydə alınıb.
İspaniyada Səhiyyə Nazirliyi son bir həftədə "Covid-19" pandemiyası səbəbindən 13 nəfərin öldüyünü və insan itkisinin 28 343-ə yüksəldiyini açıqlayıb. Nazirlik həmçinin son 24 saatda 118 artaraq 248 770-ə çıxdığını bildirib. Madrid Muxtar Hökumətinin başçısı İzabel Diaz Ayuso epidemiyanın ən çox yayıldığı paytaxt Madriddə aylardan sonra ilk dəfə son 24 saatda "Covid-19" qaynaqlı ölümün olmadığını açıqlayıb.
Portuqaliyada "Covid-19"dan son 24 saat ərzində 3 nəfər ölüb, bununla da ölənlərin sayı 1564-ə yüksəlib. 457 yeni yoluxmanın aşkarlandığı ölkədə virusa tutulanların sayı 41 646-ya çıxıb.

Son bir gündə virus səbəbiylə 4 nəfərin öldüyü Küveytdə həyat itkisi 348-ə yüksəlib. Ölkədəki yoluxmaların sayı 551 artaraq 44 min 942 olub.
Birləşmiş Ərəb Əmirliklərində "Covid-19" səbəbiylə daha 2 nəfər həyatını itirdi. Beləliklə, insan itkisi 313, yoluxmaların sayı 47 min 797-ə yüksəlib.
Bəhreyndə "Covid-19" səbəbiylə daha 5 nəfər ölüb, 462 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə həyat itkisi 78-ə, yoluxmaların sayı isə 25 min 267-ə çatdı.
"Covid-19" səbəbiylə son 24 saatda bir nəfərin öldüyü Livanda həyat itkisi 34, 21 nəfərin virusa yoluxması ilə virusa tutulanların sayı 1770 olub.
82 nəfərin öldüyü Qətərdə yoluxmaların sayı 1750 artaraq 94 min 413-ə çıxıb.
Liviyada daha 14 nəfər virusa yoluxması ilə yoluxmaların sayı 727-ə yüksəlib.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Niderland diasporasından Azərbaycan xalqına dəstək
14.07.2020
ABŞ-dakı yəhudi humanitar təşkilatı erməni təxribatları ilə bağlı bəyanat yayıb
14.07.2020
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
13.07.2020
Nigeriyada mәdәn qәzası, ölәnlәr var
13.07.2020
ABŞ-da silahlı insident, iki polis hәlak olub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
3 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
4 Nə edək ki, koronadan yaxa qurtaraq?
5 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info