“Gün gələcək, dünyamızı COVİD-19 adlanan böyük bəladan qurtaracağıq”
Tarix: 29.06.2020 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Dr.Tural Sadıqov:“İndi mənim bir arzum, bir niyyətim var: hər gün mənə böyük ümidlə dikilən, imdad diləyən gözlərə həyat eşqini qaytarmaq...”

Bu gün koronavirusa yoluxmuş ən ağır xəstələr Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olurlar. Bu şöbənin əməkdaşları bir komanda halında birləşərək virusla mübarizəyə qoşulub əsl fədakarlıq nümayiş etdirir, böyük risk altında gərgin rejimdə işləyirlər. Biz isə reanimatoloqlarımızı sizə bir-bir tanıtdırmaq üçün bu yazıları təqdim edirik.
Bizim qəhrəman reanimatoloqlardan biri – Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Dr.Tural Sadıqovdur.
Dr.Tural Sadıqov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim intern kimi çalışmışdır. Əmək fəaliyyətinə 2009-cu ildən dövlət və özəl tibb müəssisələrində həkim-anestezioloq kimi başlamışdır. 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi, anesteioloq-reanimatoloq kimi çalışır. Şöbə rəisi kimi öz komandasına həmişə dəstək olub və işlərinə görə məsuliyyət daşıyıb. Özünə qarşı çox tələbkar olan Tural həkim öz üzərində daim işləyir, biliklərini təkmilləşdirir, müxtəlif konqreslərin işində yaxından iştirak edir.
2019-cu ildə Türkiyənin ən nüfuzlu tibb ocaqlarından biri - Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçmişdir. O, bütün fəaliyyəti dövründə ağır xəstələri müalicə edib, mürəkkəb cərrahi əməliyyatlarda anestezioloq kimi çalışmışdır.
Mərkəzi Gömrük Hospitalı ilk koronaviruslu xəstələri qəbul edən andan Dr.Tural Sadıqov ön cəbhədədir - ən ağır xəstələr məhz Hospitalın bu şöbəsinə daxil olur. Yəqin ki, işin ağırlığından, gərginliyindən danışmağa ehtiyac yoxdur.
Tural həkim ailəsindən uzaqdadır, əzizləri onun yolunu gözləyir. Ən çox isə övladları: beş qızı və bir oğlu üçün darıxır. Amma o, nə doğmalarından uzaq düşməsindən, nə narahat geyimindən, nə işin fasiləsizıiyindən şikayət etmir. O, deyir: “Bunlar hamısı müvəqqəti çətinliklərdir. Ailəmi görmürəm, ancaq gecələr telefonla danışırıq. İndi mənim bir arzum, bir niyyətim var: hər gün mənə böyük ümidlə dikilən, imdad diləyən gözlərə həyat eşqini qaytarmaq”...
O, hər dəfə koronaviruslu bir xəstəyə yardım edib ölümün caynağından alanda uşaq kimi sevinir. Və inanır ki, bir gün gələcək, dünyamızı COVİD-19 adlanan böyük bəladan qurtaracağıq.
Dr.Tural Sadıqov deyir: “Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Biz, dövlət başçısı ilə birlikdə çox çətinliklərdən, sınaqlardan çıxmışıq. Əminəm ki, koronavirusa da qalib gələcəyik. Əlbəttə, yenə də birlikdə. Çünki, biz birlikdə güclüyük!”
Tural




 
Bölməyə aid digər xəbərlər
06.07.2020
Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?
03.07.2020
Soğan qabıqları ilə unikal müalicə -VİDEO
03.07.2020
Mütəxəssisdən xəbərdarlıq: Antibiotiklərdən yanlış istifadə xərçəng yarada bilir
30.06.2020
Evdə müalicə olunan COVİD-19 xəstələri dərmanlarla təmin olunacaq
28.06.2020
ÜST koronaviruslu xəstələrin müalicəsində deksametazondan istifadəyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info