“AzerGold” irihəcmli ixrac əməliyyatlarını davam etdirir
Tarix: 29.06.2020 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir. Mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə 2-ci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.
Qiymətli metalların kəskin qiymət artımı fonunda, Çovdar filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.
Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703.97 unsiya qızıl, 15 273.95 unsiya gümüşün satışından, ümumilikdə 12 084 658.62 ABŞ dolları (20 543 919.65 manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.
Bununla cari ilin birinci yarımili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 250 507.23 ABŞ dollarına (73 525 862.29 manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.07.2020
Bakı-Sumqayıt elektrik qatarlarının sayı azaldılıb
06.07.2020
AZTA İqtisadiyyat nazirliyinə müraciət ünvanlayıb
06.07.2020
Bağlanmış 4 bankın əmanətçilərinə 181,4 milyon manat kompensasiya ödənilib
06.07.2020
Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb - Nazir
06.07.2020
Qala.az daha da təkmilləşdirildi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info