Ali məktəblərə qəbul olunmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
Tarix: 29.06.2020 | Saat: 17:36:00 | E-mail | Çapa göndər



Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ərizələrinin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 17:00-a olan məlumata görə, 12 min 50 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Xatırladaq ki, subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.
Subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünəməxsus deyilsə və ya nömrə dəyişilibsə, “Əlaqə məlumatları” bölməsində müvafiq düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.




 
Bölməyə aid digər xəbərlər
06.07.2020
BMU-nun nəzdində Koreya dili və mədəniyyəti tədris olunacaq
06.07.2020
Alimlərimiz “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
06.07.2020
“Virtual məktəb”də şagirdlər üçün STEAM təhsili üzrə növbəti vebinar
06.07.2020
UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılır
06.07.2020
Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info