Terhunedәki kütlәvi mәzarlarda daha doqquz nәfәrin cәsәdi aşkar edilib
Tarix: 29.06.2020 | Saat: 19:05:00 | E-mail | Çapa göndər



Liviyanın şәrqindәki qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq qüvvәlәrdәn tәmizlәnәn Terhune vilayәtindәki kütlәvi mәzarlarda daha 9 nәfәrin cәsәdi aşkar edilib.


Liviyanın şәrqindәki qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq qüvvәlәrdәn tәmizlәnәn Terhune vilayәtindәki kütlәvi mәzarlarda daha 9 nәfәrin cәsәdi aşkar edilib.
Mәlumatda Terhune şәhәrindәki kütlәvi mәzarlarda indiyәdәk 19 nәfәrin cәsәdinin aşkar edildiyi bildirilib.
Liviya ordusu Hafterә sadiq silahlılara qarşı keçirdiyi әmәliyyatlar nәticәsindә 2020-ci ilin 5 iyun tarixindә Terhune vilayәtini nәzarәtinә keçirmişdi.
Liviya ordusunun Tripolinin cәnubundakı Terhunәni Hafterә sasiq silahlılardan tәmizlәdiyi gün vilayәtdәki xәstәxanada 106, xәstәxanaya mәxsus konteynerdә isә 26 cәsәdin aşkar etdiyini bildirmişdi.

Ordu iyunun 10-da da Tripolinin cәnubundakı Kasr Bin Qasir bölgәsindә çox sayda cәsәdin yerlәşdiyi başqa konteynerin görüntülәrini bölüşmüşdü vә qәtlә yetirilәnlәr arasında qadın vә uşaqların da olduğunu vurğulamışdı.
Qeyd edәk ki, iyunun 8-dә Terhunenin cәnubunda yerlәşәn Әl-Avate bölgәsindә daha 5 cәsәd aşkar edilmişdi. Hәmin şәxslәrin işgәncә nәticәsindә öldüyü bildirilmişdi.
Birlәşmiş Millәtlәr Tәşkilatı tәrәfindәn tanınan Liviya hökumәti bu prosesdә BMT vә insan hüquqları üzrә tәşkilatlara dәfәlәrlә çağırış edәrәk kütlәvi mәzarlarla bağlı beynәlxalq istintaqın keçirilmәsini istәmişdi.
Liviya Baş naziri Sәrrac Hollandiyanın Haaqa şәhәrindә yerlәşәn Beynәlxalq Cinayәt Mәhkәmәsinә Hafterә sadiq silahlıların törәtdiyi cinayәtlәrin araşdırılması ilә bağlı müraciәt etmişdi.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Niderland diasporasından Azərbaycan xalqına dəstək
14.07.2020
ABŞ-dakı yəhudi humanitar təşkilatı erməni təxribatları ilə bağlı bəyanat yayıb
14.07.2020
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
13.07.2020
Nigeriyada mәdәn qәzası, ölәnlәr var
13.07.2020
ABŞ-da silahlı insident, iki polis hәlak olub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
2 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
3 Nə edək ki, koronadan yaxa qurtaraq?
4 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
5 Sarayın ləzzətləri: heyva dolması


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info