Türkiyənin milli elektirik qatarı bu ilin sonunda relslərdə olacaq
Tarix: 29.06.2020 | Saat: 19:26:00 | E-mail | Çapa göndər



Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu milli elektrik qatarının bu ilin sonunda relslərdə olacağını bildirdi.


Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu milli elektrik qatarının bu ilin sonunda relslərdə olacağını bildirdi.
Karaismailoğlu Sakarya şəhərində elektrik enerjisilə işləyən ilk yerli qatarın fabrik sınaqlarının başlanılması mərasimdəki çıxışında, dəmir yolu texnologiyasında yerli və milli nəqliyyat vasitələrinin istehsalı ilə irəliləyişi davam etdirməyə qətiyyətli olduqlarını bildirərək, “Məqsədimiz Türkiyənin dəmir yolu sistemi istehsalında önəmli mərkəzə çevrilməsidir” deyib.
Yerli və milli qatar dəstləri saatda 160 kilometr sürət, 176 kilometr dizayn sürətinə malik şəkildə istehsal edilib. Karaismailoğlu, dəstin naviqasiya təhlükəsizliyi başda olmaqla, sərnişin məmnuniyyəti və rahatlığı baxımından tələb, həmçinin gözləntiləri ən yüksək səviyyədə təmin edəcək xüsusiyyətlərə sahib olduğunu bildirib. Karaismailoğlu vurğulayıb ki, 5 nəqliyyat vasitəsindən ibarət dəstin ümumi oturacaq tutumu 324-dür. Onlardan 2-si fiziki imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub.
Nəqliyyat və infrastruktur naziri istehsalı başa çatan prototip dəstin 60 faizinin yerli istehsal nəticəsində ərsəyə gəldiyini, kütləvi istehsal üçün də 80 faiz yerli istehsalın hədəfləndiyini vurğulayaraq, “Prototip dəstinin qiyməti xaricdən gətirilən oxşar məhsullardan 20 faiz daha ucuz qiymətə başa gəlib”-deyə bildirib.
Nazir Karaismailoğlu, “Artıq ölkəmiz sürət qatarı və yüksək sürətli qatarlarını özü istehsal edəcək səviyyədədir. Bundan sonra Türkiyənin xaricdən nəqliyyat vasitəsi almasına ehtiyac qalmayıb” fikirlərini səsləndirib.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Niderland diasporasından Azərbaycan xalqına dəstək
14.07.2020
ABŞ-dakı yəhudi humanitar təşkilatı erməni təxribatları ilə bağlı bəyanat yayıb
14.07.2020
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
13.07.2020
Nigeriyada mәdәn qәzası, ölәnlәr var
13.07.2020
ABŞ-da silahlı insident, iki polis hәlak olub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
3 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
4 Nə edək ki, koronadan yaxa qurtaraq?
5 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info