ABŞ Senatında Türkiyədən “S-400“-ləri almaq təklif olunub
Tarix: 30.06.2020 | Saat: 09:16:00 | E-mail | Çapa göndər



ABŞ ötən həftə Senatda təklif edilən qanunvericilik təşəbbüsü çərçivəsində Türkiyə ordusunun istifadəsində olan Rusiya istehsalı “S-400” zenit-raket komplekslərini (ZRK) ala bilər.

APA xəbər verir ki, bu barədə “Defense News” qəzeti məlumat yayıb.
Məlumata görə, bu addım imkan verəcək ki, ABŞ və Türkiyə beşinci nəsil “F-35 Lightning II” qırıcı təyyarələrinin istehsalı proqramında Ankaranın iştirakı ilə bağlı yaranmış çözülməz vəziyyətdən çıxa bilsin.
“Defense News” nəşri bildirir ki, müvafiq düzəliş Senatdakı Respublikaçılar fraksiyasının partiya təşkilatçısı Con Tyun tərəfindən 2021-ci maliyyə ilində milli müdafiəyə büdcə ayırmaları haqqında qanun layihəsi üzrə təklif edilib. Düzəliş Türkiyədə olan “S-400”-lərin ABŞ quru ordusunun raketlə təminatına dair büdcəsi hesabına alınmasını nəzərdə tutur.
Öz növbəsində, Senatın beynəlxalq əlaqələr üzrə komitəsinin respublikaçı sədri Cim Riş daha sərt düzəliş təklif edib. O, CAATSA (“Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə”) proqramı vasitəsilə Türkiyəyə qarşı sanksiya tətbiq edilməli olduğunu düşünür.
Nəşr yazır ki, C.Riş və C.Tyunun fikirlərinə baxmayaraq, onların düzəlişlərinin ABŞ-ın 2021-ci maliyyə ilində milli müdafiə xərclərini tənzimləyən qanun layihəsinin son variantına daxil edilməsinə zəmanət verilmir.




 
Bölməyə aid digər xəbərlər
06.07.2020
Nigeriyada qayıq batıb, ölәnlәr var
06.07.2020
Yunanıstana keçmәyә cәhd göstәrәn 42 qaçqın saxlanılıb
06.07.2020
Yaponiyada daşqın qurbanlarının sayı artır
06.07.2020
Pakistanda koronavirusdan ölənlərin sayı 4762 nəfərə çatıb
06.07.2020
ABŞ-da son sutkada COVID-19-dan 279 nəfər vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info