Azərbaycançılıq ideyası dünya azərbaycanlıları arasında təbliğ olunacaq
Tarix: 01.07.2020 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Azərbaycançılıq ideyası dünya azərbaycanlıları arasında təbliğ olunacaq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsinin icrasına başlayıb.
İyul-noyabr aylarında həyata keçiriləcək layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihənin məqsədinə uyğun olaraq, aşağıdakı vəzifələrin reallaşdırılması nəzərdə tutulub: "Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin keyfiyyətcə təkmilləşdirilməsi, soydaşlarımız arasında azərbaycançılığı təbliğ etməklə milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət ediləcək. Həmçinin diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyi artırılılacaq, xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların ictimai-siyasi fəallığı gücləndiriləcək". Layihə çərçivəsində azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyi üçün ideoloji bünövrə olması, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında aktivliyi, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği mövzusunda yazılar hazırlanacaq. Həmin yazılarda, müsahibələrdə və açıqlamalarda azərbaycançılığın dünya azərbaycanlılarının milli birliyinin təminatında rolu ictimailəşdiriləcək. Bu ideologiyanın hər bir azərbaycanlının vahid çətir altında birləşdirilməsi ideyasının uğurları təhlil olunacaq. Layihə çərçivəsində hazırlanacaq müsahibələr əsasında “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitabça nəşr olunacaq. Bu kitabça 5 qitədəki soydaşlarımıza göndəriləcək. Həmçinin kitabça Azərbaycandakı aidiyyəti qurumlara və kitabxanalara paylanılacaq.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Sosial təminat və müdafiə ilə bağlı xərclərə dəyişiklik təsdiq edildi
05.08.2020
54.8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib
05.08.2020
Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək
05.08.2020
Rayona getmək istəyənlər bu formada icazə alacaqlar
04.08.2020
Pensiyalar və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq - Komitə sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11584

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info