“AzerGold” ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Tarix: 01.07.2020 | Saat: 17:27:00 | E-mail | Çapa göndər



“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2019-cu ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib. Müstəqil auditor şirkəti tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin ötən ili də yüksək gəlir və mənfəətlə başa vurduğu, bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirdiyi öz təsdiqini tapıb.
Ümumilikdə, 2019-cu ildə 2018-ci illə müqayisədə Cəmiyyətin qızıl hasilatında 21.4 %, gümüş hasilatında isə 33.3 % artım qeydə alınmışdır. QSC-nin maliyyə hesabatlarında qeyd edildiyi kimi, hesabat ili ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətinin artması fonunda qiymətli metalların satışından ölkə iqtisadiyyatına 86.2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 48% (27.8 milyon ABŞ dolları) daha çoxdur. Nəticədə, Qapalı Səhmdar Cəmiyyətinin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% həcmində artaraq 12.4 milyon ABŞ dolları təşkil etmişdir.
Maliyyə hesabatı və digər maliyyə göstəriciləri üzrə məlumatları Səhmdar Cəmiyyətin rəsmi saytında əldə edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq
05.08.2020
Soğan yığımının qızğın çağıdır
05.08.2020
Masallı rayonunda su təminatı yaxşılaşdırılır
05.08.2020
Masallıda yay şumu sürətlənir
05.08.2020
Özbək professor Dağlıq Qarabağla bağlı dünya analarına müraciət etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11584

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info