Son 6 ayda 3908 əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib
Tarix: 01.07.2020 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3908 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 612 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 193 əlil arabası, 437 aşağı və yuxarı ətraf, habelə döş protezi, 516 aşağı və yuxarı ətraf ortezi, 3444 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 92 korset, 937 cüt protez ayaqqabı, 1070 cüt ortopedik ayaqqabı, 427 dördayaqlı dayaq vasitəsi verilib.

Əlilliyi olan şəxslər həmçinin 1113 qoltuqaltı və dirsəkaltı ağac, 1241 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2020-cu ilin yanvar-iyun aylarında Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 11006 reabilitasiya vasitəsi verilib.
Bu sahədə səyyar xidmətlərin göstərilməsi işi xüsusi rejimli karantin müddətində daha da gücləndirilərək geniş miqyas alıb və qeyd edilən reabilitasiya vasitələri bir çox əlilliyi olan şəxslərə evlərinə aparılaraq təqdim edilib.
Reabilitasiya vasitələri bir çox əlilliyi olan şəxslərə evlərinə aparılaraq təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Sosial təminat və müdafiə ilə bağlı xərclərə dəyişiklik təsdiq edildi
05.08.2020
54.8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib
05.08.2020
Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək
05.08.2020
Rayona getmək istəyənlər bu formada icazə alacaqlar
04.08.2020
Pensiyalar və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq - Komitə sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11583

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info