BMT QAK-ın Azərbaycan nümayəndəliyi qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda dəyişiklik edib
Tarix: 01.07.2020 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi (BMT QAK) arasında razılaşmalara uyğun olaraq, təşkilat 1 iyul 2020-ci il tarixdən etibarən Azərbaycanda beynəlxalq himayə üçün müraciət edən şəxslər barəsində qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun həyata keçirilməsini dayandırdığını elan edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyindən Trend-ə bildirilib ki, buna görə də, 1 iyul 2020-ci il tarixdən başlayaraq sığınacaq üçün müraciət edən şəxslərin vəsatətlərinə yalnız Dövlət Miqrasiya Xidməti və milli məhkəmələr tərəfindən baxılacaq, BMT QAK tərəfindən isə artıq baxılmayacaq. Analoji olaraq, BMT QAK 1 iyul 2020-ci il tarixdən etibarən sığınacaq üçün müraciət edən şəxslərə himayə sənədi verməyəcək. Bu dəyişikliklər qeyd olunan tarixədək sığınacaq üçün müraciət etmiş sığınacaq axtaranlara BMT QAK tərəfindən aparılan qeydiyyat və ya sənədləşdirmə baxımından mənfi təsir göstərməyəcək. BMT QAK sərəncamında olan maliyyə resursları çərçivəsində aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək.

Ötən illər ərzində məhsuldar əməkdaşlıq, texniki dəstək və potensialın artırılması fəaliyyətləri nəticəsində milli sığınacaq prosedurlarında beynəlxalq standartlara uyğun bir sıra pozitiv irəliləyişlər əldə olunmuşdur ki, bu da qaçqınların himayə olunmasında və onlar üçün davamlı həll yollarının təmin edilməsində hökumətin mühüm rolunu bir daha vurğulayır. Bununla belə, Azərbaycanın sığınacaq sisteminin beynəlxalq standartlara uyğun hala gətirilməsi hələ başa çatmayıb. Belə ki, münaqişə və təqib səbəbindən ölkələrini tərk edənlər uçun bu ölkədə adekvat himayə şəraitini təmin etmək üçün Azərbaycanın dövlət orqanları tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac var.

BMT QAK yuxarıda qeyd edilən sahələrdə Azərbaycan hökuməti ilə mövcud əməkdaşlığı daha da gücləndirməyə hazırdır və bu təşkilatın mandatının şamil olunduğu şəxslərin problemlərinin həlli sahəsində dəstəyini davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək
05.08.2020
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi
05.08.2020
Azərbaycan Livana 1 milyon 700 min manat maliyyə yardımı edəcək
05.08.2020
Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
05.08.2020
Masallıda badımcan sahələri ildən-ilə genişləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11584

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info