Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil güclü dövlət qayğısının olmasıdır
Tarix: 02.07.2020 | Saat: 12:03:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Media institutunun müasir çağırışlara və qlobal trendlərə, ən əsası milli maraqlara uyğun fəaliyyət göstərməsinin strateji əhəmiyyətə malik olduğunu deyən deputat bildirib ki, Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil bu sahədə dövlətin güclü diqqət və qayğısının olmasıdır:
“Bununla yanaşı, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir”.
H.Babaoğlu vurğulayıb ki, Azərbaycan mətbuatı öz inkişaf tarixində zəngin, şərəfli və mürəkkəb yol keçib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun qanunauyğun nəticəsi kimi, ölkəmizin iqtisadi potensialı və maliyyə imkanları artdıqca mətbuatın maddi problemlərinin həlli ilə bağlı çox müvafiq tədbirlər görülüb. Bütün bu addımlar Azərbaycan mətbuatının inkişafına əhəmiyyətli töhfələr verib. Bu gün dövlət başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır və real nəticələr əldə olunur”.
Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu deyən deputat əlavə edib ki, dövlət başçısının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı bu reallığın növbəti əyani ifadəsidir.




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
08.08.2020
Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
08.08.2020
Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq-VIDEO
08.08.2020
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
08.08.2020
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
2 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
3 İspaniyaya turist axını 70 faizdən çox azalıb
4 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
5 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info