“Dövlətin pandemiya ilə mübarizəsinə öz töhfəmizi veririk”
Tarix: 02.07.2020 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Qəzənfər Aloyev: “İnsanların sağlamlığını düşündüyümüz üçün “My Med Card” sistemini yaratdıq”

Koronavirus pandemiyası dövründə həkimlərimizin əzmkarlığı
xüsusi diqqət çəkir. Hər birimiz həkimlərimizlə bir daha qürur
duyduq. Bu çətin günlərdə MayoMed klinikası da dövlətin pandemiya ilə mübarizəsinə öz töhfəsini verib. Müsahibimiz MayoMed klinikasının baş direktoru Qəzənfər Aloyevdir. Xatırladaq ki, Aliyev Qəzənfər Vəli oğlu 1985-ci ildə 17 avqustda Qərbi Azərbaycanda anadan olub. 1992-2000-ci illərdə Bakı şəhər N.Nərimanov rayonu Montin qəsəbəsində yerləşən 57 saylı tam orta məktəbin 8-ci sinifini bitirib. 2000-2003-cü illərdə C.Naxşıvanski adına Hərbi Litseyin məzunu olub. 2003-2007-ci illərdə MTN-nin H.Əliyev adına Akademiyasının məzunu olub. 2007-2013-cü illərdə DSX-də müxtəlif vəzifələrdə xidmət edib. Belə ki zastava rəisinin döyüş hazırlığı üzrə müavini, zastava rəisinin əvəzi, DSX Akademiyasında Taqım komandiri, NMR DSX Qərargah zabiti və s. vəzifələrdə çalışıb.
2013-2017-cı illərdə Prezident iqamətgahının mühafizə xidmətində çalışıb. 2017-2018-ci illərdə Bizneslə məşğul olub. “HARALAR TRAVEL” adında turizim şirkəti yaradıb. Moskva şəhərində şəxsi biznesi yaradıb. 2019-cu ildən Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) “HARALAR TRAVEL” MMC şirkətini fəaliyyətini genişləndirərək beynəlxalq sərnişindaşıma şirkəti yaradıb. 2019-cü ilin iyul ayından “HARALAR TRAVEL” MMC şirkətlər qrupu “WHITE CITY” uşaq futbol klubunun sponsoru olub. 2020-ci ilin yanvar ayından MayoMed klinikasının Baş direktorudur. 2020-ci ilin mart ayından Azərbaycan Respublikası Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin Bakı şəhər Nərimanov rayon Nümayəndəliyinin sədr müavini təyin olunub. 2020-ci ilin iyun ayından “My Med Card” layihəsinin rəhbəridir.

-Hazırda dövlətin COVİD-19 pandemiyasına qarşı mübarizəsi nə dərəcədə effekt verir?
-Bildiyimiz kimi, hal-hazırda bəşəriyyətin ən böyük problemlərindən biri koronavirus ilə üz-üzəyik.Bu pandemiyanın başladığı ilk günlərdə müxtəlif ölkələrdə özünəməxsus tədbirlər görülməyə başladı.O cümlədən,Azərbaycanda da çox güclü tədbirlər görüldü və hamıya bəllidir ki,bu tədbirlər vaxtından əvvəl görülməyə başlamışdı.Cənab Prezidentimiz İlham Əliyevin verdiyi qərarlardan sonra bu tədbirlərin icrasına başlandı və nəticə hər birimizə bəllidir.İlkin mərhələdə hətta Azərbaycanı nümunə kimi digər ölkələrə göstərirdilər.Lakin ikinci mərhələdə müxtəlif səbəblərdən pandemiyaya nəzarət dövlətin qərarı nəticəsində yumşaldılmağa başlandı.Ancaq bu yumşalmalar zamanı vətandaşların əksəriyyəti onların üzərinə düşən sosial öhdəlikləri yerinə yetirməkdən imtina etdilər və laqeydlik göstərdilər.Bildiyimiz kimi tibbi maskalardan istifadə olunması,sosial məsafənin saxlanılması,lazımi yerlərdə dizenfeksiya məhlullarından istifadə olunması,əllərin üzə təmasından yayınması və mütəmadi yuyulması kimi məsələləri sosial tələb olaraq qarşıya qoyulmuşdur.Lakin vətəndaşların çoxu buna riayət etmədi.Eyni zamanda vətəndaşların tələbsiz şəkildə evlərini tərk etmələri,ictimai nəqliyyatdan tez-tez istifadə olunması nəticəsində sıxlığın yaranması müşahidə olundu.Bütün bunlar virusun daha da geniş yayılmasına gətirib çıxartdı.Ancaq dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində virusun yayılması dövlətin nəzarətindən çıxmadı.Aydın məsələdir ki,hamımız xəbərləri izləyirik və bizə məlumdur ki, digər ölkələrdə xəstə sayı çox sürətlə artır.Bu da tibb müəssisələrində xəstələrin yerləşdirilməsi,onların müalicəsi kimi problemlərə səbəb olur.Şükürlər olsun ki,ölkəmizdə gözlənilməz yoluxma artımının yaranmasına baxmayaraq, dövlətimiz bu məsələlərin öhdəsindən layiqincə gələ bilir.Bunların hamısının səbəbi odur ki,dövlətimiz vaxtında lazımi tədbirlər görmüşdür.Modul tipli xəstəxanaların təşkil olunması,xəstələrin qəbulu üçün lazım olan bütün avadanlıqların yerləşdirilməsi,tibbi personalların və həkimlərin say etibarı ilə təmin olunması kimi tədbirlər dövlətimizin Covid-19 pandemiyası ilə mübarizə aparmasına böyük dəstək verir

-Həkimlərimiz bu günlərdə öz işlərinin öhdəsindən layiqincə gəlirlərmi?
-Bu ağır günlərdə əhalinin müəyyən qrup təbəqələri vardır ki, onlar xüsusi əzimkarlıq göstərmişdirlər.Bunların içərisində mən həkimləri xüsusi ilə qeyd etmək istəyirəm.Həkimlərin göstərdiyi əziyyətlər,fədakarlıqlar əsil qəhrəmanlıqdır.Yəqin ki hamımız həkimlərin istifadə etdiyi formaları görmüşük.Bu formaları 5-10 dəqiqə geyinmək belə, əzablı olduğu halda, həkimlərimiz 8 saat müddətində o formanın içərisində nəfəs almaqda çətinlik çəkməklərinə baxmayaraq xəstələrin nəfəsini bərpa etməyə çalışırlar.Həkimlərin göstərdiyi əzimkarlıq,fədakarlıq alqışa layiqdir.Biz həkimlərimiz qarşısında baş əyib,sonsuz minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, ağ xalatlı mələklərimiz var.Və nə yaxşı ki, onlar öz sağlamlıqları naminə başa gəlsə belə, bu ağır günlərdə bizlərin yanındadır və bizlərin sağlamlığımıza qovuşmağımız üçün əllərindən gələni əsirgəmirlər.Biz həkimlərimizlə fəxr edirik!

-MayoMed klinikası dövlətin pandemiya ilə mübarizəsinə öz töhfəsini necə verir?
-Aydın məsələdir ki,pandemiya ilə mübarizədə adi vətəndaşlardan tutmuş böyük şirkətlərə qədər hər bir şəxs öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək dövlətə dəstək olmalıdır,bu problemlərin aradan qaldırılması uğrunda atılan addımlara qoşulmalıdır.MayoMed klinikası olaraq biz də bu yöndə dəstəyimizi əsirgəməməyə çalışırıq və nail oluruq.Klinika olaraq həkimlərimizi və tibbi personalımızı səfərbər edib evlərdə xidmət göstərmək kimi məsələlərə start vermişik.Eyni zamanda bizim bir layihəmiz var,hansıkı mən bunu qeyd etməyə bilməzdim.Çünki bu Azərbaycanda bir ilkdir.Bu layihənin kökündə əslində, xeyriyyəçilik durmuşdur.Bu layihə nədən ibarətdir?Bu layihə sayəsində vətəndaşlar çox az bir məbləğ ödəyərək çoxsaylı laboratoriya müayinələrindən,instrumental müayinələrdən,həkim müayinəsindən keçmək və həkim nəzarətində olmaq,yüksək çeşidli fizioterapiya xidmətlərinin istifadə olunmasına yönləndirilmişdir.Bununla bağlı ciddi işlər görülüb və artıq layihəmizə start verilib.Bu layihənin mahiyyəti ondan ibarətdir ki, sadəcə 299 manat ödəməklə yuxarda sadaladıqlarım hər bir məsələnin həllini tapmaq mümkündür.Xüsusi bir məqamı da qeyd etmək istəyirəmki,layihəmizlə bağlı müraciət edən hər bir şəxs bizim bu xidmətlərimizdən sadəcə bir dəfə yox,il ərzində limitsiz şəkildə istifadə edə bilər.Beləliklə, MayoMed klinikası olaraq biz öz töhfəmizi verməyə çalışırıq.

-Bu layihənizin pasiyentlər üçün nə kimi üstünlüyü var?
-Qədim Şərqə məxsus belə bir deyim var. O zamanlarda insanlar xəstələndiyi zaman deyil, xəstələnmədikdə təbiblərə ödəniş edərdilər. Bu o səbəbdən idi ki, təbib və loğmanların əsas istəyi insanların sağlamlığı olsun. İnsanlar da yalnız əlacsız qalanda deyil, əksinə sağlam olanda təbibə təşəkkür etsinlər.
21-ci əsrdə, dünya tam başqa maraqlar üzərində hərəkət etdiyi zaman gördük ki, dünyanın belə müdrik yanaşmaya ehtiyacı var. Zaman və məkana görə kiçik, lakin fikir olaraq, bəşəriyyət üçün böyük bir addım atdıq. Yaratdığımız sistem və müasir şərait imkan verdi ki, qədim Şərq fəlsəfəsini bu gün üçün tətbiq edək. Biz bunu yaratdıq və insanların sağlamlığını düşündüyümüz üçün bu sistemi “My Med Card” adlandırdıq.
“My Med Card” müştərilərinə müştəri deyil, sağlamlığı qorunmalı İnsan kimi baxan kart sistemidir. Bu ifadələrin dürüst və səmimi olduğunu isbat edən əsas məqamları aşağıdakı punktlarla ifadə edirik:
• Burada kart sahiblərinin sağlamlığı əsas prioritetdir.
• Digərlərindən fərqli olaraq, insanların xəstələnməsi və tibb mərkəzində çox qalması marağı yoxdur.
• Eyni kart sahibləri maddi, sosial və sağlamlıq vəziyyəti cəhətdən tibb mərkəzi qarşısında bərabərdirlər və kart sahiblərinə limitsiz xidmət göstərilir.
• Verilən ödəniş mərkəzin daha yaxşı çalışması və həkimlərin daha gözəl xidmət göstərməsi üçündür.
• Həkimlərin əsas vəzifəsi insanları tibb mərkəzinə ehtiyacsız və sağlam saxlamaqdır.
Bu yanaşma kifayət edir ki, bu gün “My Med Card” sistemi səhiyyə üçün köklü müsbət dəyişikliklərə səbəb olsun. Tibb işçilərinin bu fəlsəfə ilə işə baxışını təmin etsin, insanların həkimlərə sevgisini və inamını layiqli səviyyəyə qaldırsın. Biz səmimi, düzgün və vicdanlı baxışımızla, insanları düşünür, “Mənim sağlamlığım önəmlidir” deyən insanlar üçün “My Med Card”ı təqdim edirik. İnanırıq ki, ilk öncə Bakı və Azərbaycanı əhatə edəcək xidmətin səs-sədası sərhədləri aşacaqdır. Dünya insan sağlamlığına bu fəlsəfə ilə yanaşacaq, insanlar xəstələnmədiyi üçün həkimlərinə dəyər verəcəkdir.

-MayMed klinikası olaraq nə kimi xeyriyyə kampaniyaları keçirirsiniz?
-MayoMed klinikasında tez-tez xeyriyyə kampaniyaları
keçirilir.Bunlardan ən önəmli kampaniya əlillər və Milli qəhrəmanlar üçün keçirilən kampaniyalardır.Onların bizə müraciət etmələri bizim üçün böyük fəxrdir.Biz əlillərimiz və Milli qəhrəmanlarımızın müayinəsi,müalicəsi,reabilitasiyası ilə məşğul oluruq və bu bizə böyük şərəf verir.Biz fəxr edirik ki, bizim dövlətimizin dəyər verdiyi Milli qəhrəmanların sağlamlığı uğrunda biz fədakarcasına dayana bilirik.Bütün bunlar bizə qürur verir.Həmçinin maddi cəhətdən sağlamlığını qoruya bilməyən şəxslər üçün MayoMed klinikası tərəfindən böyük yardım göstərilir.Bundan sonar da digər aksiyalarımızı da mütəşəkkil şəkildə təşkil etməyə davam edirik.

-MayoMed klinikasında əsas hansı müalicə metodlarından istifadə olunur?
-Nəzərinizə çatdırmaq istəyərdim ki,MayoMed klinikasında yüksək ixtisaslı həkim heyəti çalışır.Bizə müraciət edən hər bir şəxs ilk olaraq həkim müayinəsindən keçir və həkimlər tərəfindən diaqnozun qoyulması üçün lazım olan digər xidmətlərin həyata keçirilməsi üçün yönləndirilir;labarotoriya müayinəsi,instrumental müayinələr və s.Son olaraq lazımi bütün tədbirlər görülür,xəstənin müalicəsi aparılır və müalicə ilə yanaşı fizioterapiya və realibitasiya xidmətləri
göstərilir.Klinikmızda əsas önəmli məsələ bizə müraciət edən şəxslərin məmnun olmaqlarıdır.Bizə müraciət etmiş şəxslər arasında keçirilən sorğudan da bəlli olur ki,biz buna nail ola bilirik.Və bu məmnunluğu daha da artırmaq məqsədi ilə öz işlərimizi mükəmməlləşdirməyə çalışırıq.

-Pandemiya ilə mübarizə davam edir.Karantin günlərində əhaliyə koronavirusdan qorunmaaq üçün nə tövsiyə edirsiniz?
-Sonda yenə də pandemiya ilə bağlı öz fikirlərimiz söyləmək istəyirəm,bu virus hələ də davam edir,ona görə də biz öz qabaqlayıcı tədbirlərimizi görməliyik.Hələ ki biz bu virusla yaşamağa məcburuq.Ona görə də biz öz işlərimizi və planlarımızı qurarkən bu virusun mövcudluğunu nəzərə almalıyıq.Hələ ki virusun nə zaman bitəcəyi bəlli deyil.Buna görə də dövlətimiz tərəfindən verilən qərarlara ciddi əməl etməliyik.Son olaraq bizim də əhaliyə tövsiyəmiz ondan ibarətdir ki,görülən bütün tədbirləri nəzərə alsınlar,aparılan bütün əziyyətləri qiymətləndirsinlər və özlərinin üzərinə düşən bütün vəzifələri yerinə yetirsinlər.Bu vəzifələr hansılardır?Sosial məsafənin saxlanılması,tibbi maskalardan istifadə olunması,əllərin üzə təmasından yayınmaq və əllərin mütəmadi yuyulması.Bütün bunlara riayət edərək yoluxma ehtimalımızı çox-çox aşağı endirmiş olarıq.Biz inanırıq ki,bu çətin günlərdə geridə qalacaq və dövlətimiz əvvəlki gözəl günlərinə geri dönəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
05.08.2020
Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
04.08.2020
“Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
03.08.2020
“Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük
31.07.2020
“Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info