Koronavirusa qarşı mübarizədə Azərbaycan polisi çox böyük xidmətlər göstərir
Tarix: 02.07.2020 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


“Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 iyun tarixində imzaladığı sərəncamla 2 iyul – Polis Günü daxili işlər orqanlarının yaradılması və peşə bayramı kimi qeyd edilir. Sabitliyin və asayişin qorunmasında Azərbaycan polisi böyük rol oynayır”.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, cinayətkarlıqla mübarizədə, əhalinin təhlükəsizliyinin qorunmasında polis əməkdaşlarının çox böyük rolu var: “Bu gün Azərbaycanda sərt karantin rejiminin tətbiqində polisin özünəməxsus yeri var. Bu istiqamətdə Azərbaycan polisi maksimum səylə çalışır, gərəkən bütün addımları atır. Koronavirusa qarşı mübarizədə Azərbaycan polisi çox böyük xidmətlər göstərir. Polisimizin vətəndaşlara yüksək mədəniyyətlə xidmət etdiyinin şahidi olduq.
Zaman-zaman Azərbaycan polisinin gözdən salınmasına cəhdləri də müşahidə edirik. Buna heç çür imkan vermək olmaz. Çünki Azərbaycan polisi dövlətini təmsil edir. Əgər hər hansısa hüquq pozuntusu varsa, dövlət özü gərəkən bütün addımları atır. Ona görə də bu məsələlərdə də bizim hər birimizin üzərinə böyük bir vəzifə düşür. Hər birimiz polisə qarşı gözdən salma addımlarının həyata keçirilməsinə imkan verməməliyik”.
Deputat bildirib ki, Azərbaycan polisi üzərinə düşən vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir: “Rəhbərlikdə dəyişiklik olub. Peşəkar kadrların cəlb olunması, polis işinin yüksək səviyyədə qurulması sitiqamətində gərək bütün addımlar atılır. Polisimiz hüquq mühafizə orqanlarımızı inkişaf edir. Getdikcə zərəruri bütün addımlar atılacaq. Hər bir vətəndaş polisinin yanında olmalı, dəstəkləməlidir.
Azərbaycan polisi Dağlıq Qarabağın işğaldan azad olunması, ümumiyyətlə, erməni təcavüzünün qarşısının alınmasında müstəsna xidmətlər göstərib, Azərbaycan müstəqillik qazandığı ilk dövrlərdə ordu qruuculuğu yox idi. Ordu quruculuğunu həyata keçirənə qədər Azərbaycan polisi torpaqlarımızın qorunması üçün aktiv iştirak etdi. Və polislərimiz içində şəhid olanlar oldu, onlar torpaqlarımızın müdafiəsində aktiv iştirak etdilər”.
Deputat sonda bildirdi ki, polislərin peşə bayramı münasibətilə təbrik edib uğurlar arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir
02.08.2020
Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb
02.08.2020
AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək
02.08.2020
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir -VİDEO
02.08.2020
Komitə həssas təbəqədən olan ailələrə yardımını davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Dünya azərbaycanlılarının milli birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir“
3 Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
4 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
5 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info