Prezident: Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir
Tarix: 02.07.2020 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir. Hazırkı dövrün ən aktual problemi olan koronavirus xəstəliyi dünyada faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Şərq-Qərb nəqliyyat dəhlizi ilə beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilir.

Azərbaycan 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. Keçən ilin oktyabr ayında Qoşulmama Hərəkatının Azərbaycanda Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Əfqanıstan və Türkmənistan prezidentləri tərəfindən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına dair dəyərli fikirlər səsləndirilmişdir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü təşkil olunmuşdur. Bu görüşdə Əfqanıstan və Türkmənistan prezidentləri də iştirak etmişlər. Zirvə görüşündə iştiraklarına görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm.
Bu günlərdə mənim daha bir təşəbbüsüm – BMT Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifim dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənmişdir. Fürsətdən istifadə edərək bu təşəbbüsə verdikləri dəstəyə görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm".




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
BNA-dan xəbərdarlıq: Karantin qaydalarını pozan daşıyıcılar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq
03.08.2020
DİM: Rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir
03.08.2020
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib
03.08.2020
Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır
03.08.2020
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Dünya azərbaycanlılarının milli birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir“
3 Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
4 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
5 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info