Suriyada son 6 ayda mindәn çox dinc sakin öldürülüb
Tarix: 02.07.2020 | Saat: 21:10:00 | E-mail | Çapa göndər



Bu barәdә Suriya İnsan Haqları Rәsәdxanasının yayımladığı hesabatda bildirilib.


Suriyada son 6 ayda mindәn çox dinc sakin öldürülüb.
Bu barәdә Suriya İnsan Haqları Rәsәdxanasının yayımladığı hesabatda bildirilib. Mәlumatda bu ilin ilk altı ayında Bәşәr Әsәd rejimi vә Rusiyanın törәtdiyi hücumlar nәticәsindә 218-i uşaq, 113-ü dә qadın olmaqla ümumilikdә 1006 dinc sakinin öldürüldüyü bildirilib.

Hesabata әsasәn, Bәşәr Әsәdә sadiq ordu vә İran tәrәfindәn dәstәklәnәn xarici terrorçulardan ibarәt rejim güvvәlәri 64-ü uşaq vә 24-ü dә qadın olmaqla 298 dinc sakini öldürüb.
Rusiya qüvvәlәrinin hücumları nәticәsindә 62-si uşaq vә 48-i dә qadın olmaqla 205 dinc sakin hәlak olub. Terror tәşkilatı YPG/PKK-nın hücumları nәticәsindә 8-i uşaq vә 1-i dә qadın olmaqla 34 dinc sakinin öldüyü bildirilib.
Terror tәşkilatı DEAŞ-ın törәtdiyi hücumlar nәticәsindә 1-i uşaq olmaqla 7 dinc sakin, hәrbi müxalifәt vә rejimә qarşı olan qrupların hücumları zamanı da 2-si uşaq vә 2-si dә qadın olmaqla 26 dinc sakinin öldüyü bildirilib.
Hәmin vaxt әrzindә 81-i uşaq vә 38-i dә qadın olmaqla 436 dinc sakin dә qәtlә yetirilib.
Suriyada bu ilin ilk altı ayında öldürülәnlәrdәn 3-nün jurnalist, 12-nin dә sәhiyyә işçisi vә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının nümayәndәsi olduğu bildirilib. Bu dövrdә 71 nәfәrin işgәncә nәticәsindә öldürüldüyü qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Bu günə kimi İranda koronavirusdan 17 min 405 nəfər ölüb
03.08.2020
Әfqanıstanda daşqınlar 16 nәfәrin hәyatına son qoyub
02.08.2020
Əfqanıstanda partlayış nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb
02.08.2020
Ermənilər Kanadada soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər
02.08.2020
ABŞ-da həbsxanada qiyam olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Dünya azərbaycanlılarının milli birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir“
3 Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
4 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
5 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info