Türkiyənin BMT TŞ-yə BƏƏ-nin yürütdüyü siyasətə dair çağırışı
Tarix: 03.07.2020 | Saat: 11:43:00 | E-mail | Çapa göndər



Türkiyə BMT Təhlükəsizlik Şurasını BƏƏ-nə beynəlxalq hüquq və beynəlxalq humanitar qanuna riayət etmə məsuliyyətini xatırlatmağa çağırıb.


Türkiyə BMT Təhlükəsizlik Şurasını Orta Şərqdən Şimali Afrikaya qədər regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyi" səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) beynəlxalq hüquq və beynəlxalq humanitar qanuna riayət etmə məsuliyyətini xatırlatmağa çağırıb.
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurası və BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlayaraq, BƏƏ-nin bölgədəki demokratik hərəkətlərə mane olmağa və bölgədə hökm sürmə istiqamətindəki dağıdıcı siyasətlərinə diqqət çəkib.
BƏƏ-nin Yəməndə çox sayda insanın ölməsinə və yaralanmasına səbəb olduğunu, "milyonlarla insanı ac qoymağı müharibədə vasitə kimi işlətdiyini ifadə edən Sinirlioğlu BƏƏ-nin Yəməndəki hərdəkətlərinin müharibə cinayəti təşkil etdiyini bildirib.
BƏƏ-nin Yəmənə muzdlu əsgər göndərməsi, uşaq döyüşçülərdən istifadə etməsi və Əl-Qaidə ilə əlaqəli terror qruplaşmalarının maliyyələşdirilməsinin də BMT və digər beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirildiyini qeyd edən Feridun Sinirlioğlu BƏƏ-nin Liviyada da BMT tərəfindən tanınan hökuməti devirməyə cəhd etdiyini vurğulayıb. Bundan başqa dinc vətəndaşları və mülki infrastrukturları bombalayaraq müharibə cinayətləri etdiyini, silah embarqosunu sistemli olaraq pozduğunu və Suriyadan, Sudandan və Çaddan Liviyaya muzdlu döyüşçülər göndərdiyini qeyd edib.
Sinirlioğlu BƏƏ-nin sudanlıları Liviyaya qarşı mübarizəyə məcbur edərək "beynəlxalq insan alveri" etdiyini diqqətə çatdırıb.
BƏƏ-nin Qətərə 2017-ci ildə tətbiq etdiyi qanunsuz mühasirəsini, Somalidəki siyasi qeyri-sabitliyi alovlandırmasını və Suriyadakı Əsəd rejimini dəstəklədiyini xatırladan Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasını Orta Şərqdən Şimali Afrikaya qədər regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyi" səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) beynəlxalq hüquq və beynəlxalq humanitar qanuna riayət etmə məsuliyyətini xatırlatmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
09.08.2020
Beyrutda iğtişaşlar zamanı 238 nəfər xəsarət alıb
08.08.2020
Beyrutda etirazçılar iki nazirlik binasına soxulublar, toqquşmada bir polis ölüb
08.08.2020
Rusiya hansı halda nüvə zərbəsi endirə bilər?
08.08.2020
Beyrutda baş verən partlayışda ölən və yaralananların sayı artıb
08.08.2020
Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
2 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
3 İspaniyaya turist axını 70 faizdən çox azalıb
4 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
5 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info