Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir
Tarix: 03.07.2020 | Saat: 11:46:00 | E-mail | Çapa göndər



Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 522 mini keçib.


Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 522 minә, virusa yoluxanların sayı 11 milyona yaxınlaşdıqdai, epidemiyadan sağalanların sayı isә 6 milyon 114 min olub.
Epidemiyanın Avropadakı mәrkәzi İngiltәrәdә son 24 saatda virus səbəbiylə 89 adam həyatını itirib. Bununla da ölkədə insan itkisi 43 min 995-ә yüksəlib. Xəstəliyə yoluxanların sayı 576 artarkən, aparılan yeni qiymәlәndirmә nәticәsindә virusa tutulanların sayı 283 min 757 olaraq açıqlanıb.
İtaliyada epidemiya səbəbiylə ölәnlәrin sayı son bir gündə 30 artaraq 34 818-ә çıxıb. Aktiv koronavirus hadisələrinin sayının 195 azalaraq 15 min 60-a düşdüyü ölkədə 201 yeni yoluxma qeydә alınıb.
Fransada son 24 saatda epidemiya səbəbiylə 14 nəfər həyatını itirib, bununla da ölәnlәrin sayı 29 875 nəfərə, infeksiyaya yoluxanların sayı isə 569 nəfər artaraq 202 875 nəfərə çıxıb.
İsveçrədə virus səbəbiylə ölənlərin sayı 1965, 31 min 967 "Covid-19" infeksiyasına yoluxma aşkarlanıb.

Əlcəzairdə daha 8 nəfərin virus səbəbiylə ölməsi nəticəsində ölkədə insan itkisi 928 olub. Virusa yoluxanların sayı isə 385 artaraq 14 657 olub.
Omanda 3 nəfər virusa görə ölüb, min 361 nəfərə isə virus yoluxub. Ölkədə həyat itkisi 188, yoluxmaların sayı 42 min 555-ə yüksəlib.
Bəhreyndə "Covid-19" səbəbiylə daha 3 nəfər ölüb, 656 yeni yoluxma qeydə alınıb. Ölkədə həyat itkisi 93, yoluxmaların sayı 27 441 olub.
Qətərdə 3 nəfər ölüb, 894 nəfərə virus yoluxub. Ölənlərin sayı 118, yoluxma hallarının sayı 97 min 897-ə yüksəlib.
Son bir gündə virus səbəbiylə bir adamın öldüyü Küveytdə həyat itkisi 359-a çıxıb.. Ölkədəki yoluxma hallarının sayı 919 artaraq 47 min 859-a çıxıb.
Mərakeşdə "Covid-19" səbəbiylə bir nəfər ölüb, daha 333 nəfərə virus yoluxub. Ölkədəki insan itkisi 229, yoluxma sayı isə 12 min 969-a çıxıb.
50 nəfərin həyatını itirdiyi Tunisdə daha üç nəfərdə "Covid-19" aşkarlanması ilə yoluxmaların sayı 178 minə yüksəlib.
9 ölüm hadisəsinin qeydə alındığı İordaniyada daha 3 nəfərdə "Covid-19" aşkarlanıb, yoluxmaların sayı 136 min olub.
Bir nəfərin öldüyü Botsvanada, virusa yoluxanların sayının 227 olduğu bildirilib. Prezident Mokgweetsi Masisi isə Prezident Aparatında bir işçidə viruş aşkarlanmasından sonra özünü karantinə alıb.




 
Bölməyə aid digər xəbərlər
09.08.2020
Beyrutda iğtişaşlar zamanı 238 nəfər xəsarət alıb
08.08.2020
Beyrutda etirazçılar iki nazirlik binasına soxulublar, toqquşmada bir polis ölüb
08.08.2020
Rusiya hansı halda nüvə zərbəsi endirə bilər?
08.08.2020
Beyrutda baş verən partlayışda ölən və yaralananların sayı artıb
08.08.2020
Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
2 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
3 İspaniyaya turist axını 70 faizdən çox azalıb
4 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
5 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info