Tələbələr Gömrük Akademiyasını dəyərləndirdilər
Tarix: 03.07.2020 | Saat: 11:20:00 | E-mail | Çapa göndər


Gömrük Akademiyasının məzunu: “İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm”

Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisaslarının 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb. Bu tədris ilində Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə 21, “İqtisadiyyat” ixtisası üzrə 19 tələbəsi təhsilini başa vurur. Tələbə-məzunlar Akademiya haqqında xoş ürək sözlərini sosial şəbəkələrdə paylaşıblar. Dövlət Gömrük Komitəsinin Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bitirən Həsən Həsənzadə:
"Dörd il geriyə baxıram və nələrin dəyişdiyini fikirləşirəm. Hər şeydən əvvəl özümün – düşüncələrimin, həyata baxışımın, cəmiyyətə münasibətimin dəyişdiyinin fərqinə varıram. Bəlkə də 4 ildəki ən böyük uğurum elə budur. Bu illərdə saysız-hesabsız dostluqlar, yoldaşlıqlar qazandım, neçə yadlarla doğmalaşdım, insanları daha yaxşı tanımağa başladım. Hələ dörd il əvvəl ixtisas və təhsil müəssisəsi seçimi edəndə çox tərəddüdlü idim. Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunduğum haqda bildirişi alanda sevinc və məyusluq daxilimdə mübarizə aparırdı. Çünki prioritet seçimim başqa təhsil müəssisəsi idi. Amma indi ən düzgün seçimi etmiş olduğumu bilirəm. Burada yalnız təhsil deyil, eyni zamanda, həyat fəlsəfəmi, həyatdakı missiyamı kəşf etdim. Tələbələrin say etibarı ilə az olması hər bir tələbəyə xüsusi yanaşma imkanını təmin edir, onların təhsili, şəxsi inkişafları daha yaxından izlənilir. Bu isə, tələbələrin özlərini daha özəl, daim diqqətdə olduqlarını hiss etmələrinə imkan verir. Ən əsası, tələbələrin yüksək keyfiyyətli təhsil almaları, akademik və sosial inkişafı naminə vacib addımlar atılır.
Təbii ki, bütün bunlar xüsusi təşəbbüs və zəhmət olmadan mümkün ola bilməzdi. Bu baxımdan Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev başda olmaqla, Komitə rəhbərliyinin Akademiya tələbələrinin inkişafına göstərilən xüsusi diqqət və marağını, eyni zamanda, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi hörmətli Qulu Novruzov başda olmaqla, Akademiya rəhbərliyinin və əməkdaşlarının biz tələbələrin inkişafına olan xüsusi yanaşmasını, diqqətini və böyük dəstəyini özəlliklə qeyd etmək lazımdır.
Həyatda qazandığım bütün uğurlarımda valideynlərim və müəllimlərimin əvəzsiz rolu olmuşdur və onlara olan borcumu heç bir zaman qaytara bilməyəcəyimi zamanla daha yaxşı dərk edirəm. Buna görə mənim üçün həyatda ən böyük dəyərlərdən olan, müqəddəs varlıqlara, böyük şəxsiyyətlərə - müəllimlərimə sonsuz təşəkkürümü bildirirəm."

“Hüquqşünaslıq” ixtisası üzrə məzun Zeynəb Babayeva:

"Bütün peşələr gözəldir. Bağbanlıqdan tutmuş ta mühəndis və yaxud digər peşələr. Amma müəllim olmaq çox fərqlidir! Bəlkə də ən yaxşı bağban elə müəllimdir! Bağçasındakı güllərinə sevgi ilə baxan, onların gözəl yetişməsi üçün əlindən gələni edəndir. Hərdən o güllərə sadəcə lazım olan saatlarda deyil, bütün gününü ayıraraq, uzun müddətli ətir saçmalarına çalışan dəyərli şəxsdir.
Mənim bu məsləyin adını daşıyan və layiqincə bacaran böyüklərimə dərin minnətdarlıq hissimin olduğunu söyləməliyəm. Siz olmasaydınız, biz də olmazdıq! Təhsil yolumun ilkin başlanğıcından bu günə kimi həyat yolunun çevrəsini siz müəllimlərin sayəsində öyrənmişik. Bəlkə də bu məsləyi mənə ilk sevdirən 41 ilini məktəbə həsr edən şəxs babam olub. Çox heyif ki, bu günlərimdə yanımda ola bilmədin. Həmişəki kimi, alnımızdan öpüb xeyir-duanı verə bilmədin. Məkanın nurla dolsun, babam!
Əziz müəllimlər, siz həmişə dəyərlisiniz! Bu gün məzun adını qazandıq, amma sizin sayənizdə. Sizin səyləriniz və əziyyətiniz qarşılığında biz bu adı qazandıq. Məzun adımız mübarək!"




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Elmə və təhsilə həsr olunmuş ömür
08.08.2020
Məktəblərin açılması nə zamana planlaşdırılır? - Rəsmi açıqlama
07.08.2020
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
07.08.2020
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
07.08.2020
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
2 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
3 İspaniyaya turist axını 70 faizdən çox azalıb
4 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
5 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info