Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
Tarix: 03.07.2020 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlıq edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Trend-ə verilən məlumata görə, iyulun 3-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin direktoru Fuad Nağıyev və "Bakı Abadlıq Xidməti" MMC-nın direktoru Binnət Əli Qasımov Balaxanıda aparılan abadlıq işləri, qəsəbənin turizm imkanları ilə tanış olub, əməkdaşlıq çərçivəsində görüləcək tədbirlərlə bağlı müzakirələr aparıblar.

Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər. Belə ki, Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək, bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək.

Eyni zamanda birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizm yönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, duluçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar mövcuddur. Belə ki, Balaxanıda bu istiqamətlər üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil oluna bilər.
Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində fəaliyyətin səmərəli və sistemli təşkili üçün konseptual sənədin hazırlanması da təklif olunur.




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Turizm Agentliyi sahibkarlara müraciət edib
05.08.2020
Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
04.08.2020
İspaniyaya turist axını 70 faizdən çox azalıb
28.07.2020
Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər
27.07.2020
Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info