“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
Tarix: 04.07.2020 | Saat: 09:40:00 | E-mail | Çapa göndər



Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk dilində işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, türk dünyasının bir çox ədəbi simalarının əsərlərini türk dilinə tərcümə edən, ortaq bir türk ədəbiyyatının yaranmasına töhfə verən Kənan Çarboğanın "Turan eşqi" adlı şeir kitabı Bakıda nəşr olunub.
Nəşrin məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.
Yüz altmış dörd səhifədən ibarət olan kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin "Əsrimizin turan şairi" sərlövhəli təqdimatı ilə başlayır.

B.Əhmədli məqalədə Kənan Çarboğanı Əli bəy Hüseynzadə, Ziya Gökalp, Mehmet Emin Yurdakul, Əhməd bəy Ağaoğlu və Yusuf Akçura kimi böyük türk mütəfəkkirlərinin və ədiblərinin davamçısı olduğunu bildirir, şairin ədəbi zəkasından və geniş poetik coğrafiyasından bəhs edir. Bundan başqa, kitabın ilk dəfə türk dilində nəşr olunmasını bir yenilik kimi dəyərləndirir.
Bu barədə Türkiyə mediasına danışan K.Çarboğa kitabın nəşri ilə bağlı ciddi çalışmalarına və dəstəyə görə Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova və kitabın redaktoru Dəyanət Osmanlıya minnətdarlığını bildirərək deyib: “Azərbaycan ilə Türkiyə arasında dərin tarixi və mədəni əlaqələri daha da gücləndirmək üçün belə əsərin çox dəyərli olduğunu hesab edirəm. Bundan başqa, türk dilinin türk dünyasının ortaq ünsiyyət dili olmasında bu cür qiymətli işlər böyük əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu iş bizə birliyimizi, varlığımızı qorumağa və daha da möhkəmləndirməyə kömək edəcək”.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
“Cəngi” estrada-folklor ansamblı beynəlxalq festivalda iştirak edəcək
06.08.2020
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb
06.08.2020
“Toğrul Nərimanbəyovun rənglər dünyası” adlı videoçarx hazırlanıb
04.08.2020
Arif Məlikovun “Noktürn”ü Los-Anceles festivalında səsləndirilib
02.08.2020
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info