ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
Tarix: 04.07.2020 | Saat: 14:05:00 | E-mail | Çapa göndər


Dünyanı ağuşuna alan COVİD-19 infeksiyası hamilə qadınlardan və yeni doğulmuş uşaqlardan da yan ötməyib. Çox təəssüf ki, bu cür yoluxma halları ölkəmizdə də qeydə alınıb. Bəs gəlin görək, adıçəkilən infeksiyaya yoluxan hamilə qadınlar doğuşdan hansı şəraitdə azad olunur, onlara göstərilən tibbi xidmət hansı səviyyədədir? Həmçinin, yeni doğulmuş sağlam körpələrin infeksiyaya yoluxmuş ana ilə təmasının təşkili, bu və ya digər suallarımızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı cavablandırdı.

Trend həmin müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, bu il aprel ayının 1-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikası sırf koronavirus infeksiyası ilə infeksiyalaşmış xəstələrə tibbi xidmət göstərir. Rəhbərlik etdiyim şöbəyə isə yeni doğulanlarla yanaşı, COVİD-19 aşkar edilmiş hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən də yeni doğulan körpələr xüsusi nəzarətimiz altındadır. Şöbəmiz ölkəmizdə infeksiyalaşmış yeni doğulanlarla bağlı ixtisaslaşmış fəaliyyət göstərən yeganə şöbədir ki, burada xüsusi protokollara riayət olunur. Koronavirus infeksiyasının yaşı az olduğu üçün ana bətnində körpələrin nə dərəcədə zədə alması və onlara infeksiyanın hansı dərəcədə mənfi təsir göstərməsi barədə məlumatlar olduqca azdır və bu hələ tam şəkildə öyrənilməyib. Düzdür, ayrı-ayrı inkişaf etmiş ölkələrdə bu sahədə müxtəlif araşdırmalar aparılmasına baxmayaraq, onlara əsaslanıb son söz demək də olmaz.

Qeyd edim ki, ana bətnində göbək ciyəsi ilə uşaqlarda yoluxma hallarının baş verib-verməməsi ilə bağlı Çində koronaviruslu 33 hamilə qadın üzərində araşdırmalar aparılıb. Bu qadınlardan dünyaya gəlmiş 30 körpədə müayinənin nəticələri neqativ, 3-də isə pozitiv çıxıb. 3 körpənin yoluxma səbəbi araşdırılanda məlum olub ki, onlar doğum zalında hava-damcı vasitəsi ilə yoluxublar. Biz qısa zamanda yeni doğulmuşlarla bağlı dünyada tərtib olunan protokolları araşdırdıq. Həmin protokolun versiyasını ölkəmizdə tətbiq edməyə başladıq. Körpələrdə hansı testlərin aparılması və metodların tətbiqi və s. ilə bağlı həkimlərimizi təlimatlandırdıq. COVİD-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. 4-nün klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub. Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin heç birində COVİD-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVİD-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçibdir.

- Bəs yeni doğulanların infeksiyaya yoluxmaması üçün şöbənizdə müvafiq şərait varmı?


- Körpələrin sağlam dünyaya gətirilməsi üçün demək olar ki, hər şəraitimiz var. Bunun üçün müasir avadanlıqlarla təchiz olunmuşuq. Tərəfimizdən hər cür qabaqlayıcı tədbirlər görülür. Qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir. Körpə eyni zamanda doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Biz də fəaliyyətimizi sadaladığım qaydalara uyğun qurmuşuq. Bəzən körpənin tənəffüs yollarının aspirasiyası olur, ona süni tənəffüs vermək lazım gəlir. Gecikməmək üçün şöbəmizin doğum zalının yanında bütün avadanlıqlarla təchiz olunan otaqlar təşkil edilib. Körpə ana bətnindən xaric olunan kimi nəzərdə tutulmuş otaqlara götürülür və orada onlara yüksək səviyyədə lazım olan tibbi yardımlar göstərilir.
Onu da bildirim ki, klinkamızda iki ginekoloji mərtəbə fəaliyyət göstərir. 6-cı mərtəbədə doğum prosesi baş verir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aprılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və onu 5-ci mərtəbəyə yerləşdirirlər. Həmin an körpədən COVİD-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur.

- Bəs infeksiyaya yoluxmuş ana ilə körpə arasında təması necə yaradırsınız?

- Körpənin ana ilə təması vacib şərtlərdən hesab olunduğundan,qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaratmağa çalışırıq. Ailəyə infeksiya və yoluxma yolları, bu infeksiyanın süd vasitəsi ilə keçmədiyi barədə məlumat verilir. Ananın psixoloji durumu yol verirsə və özü razıdırsa, neytral zonda qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaradırıq. Maska taxmış ana uşağını qucağına alır və əmizdirir. Təmas yaratmaq istəməyən anaların körpələri isə sağılmış südlə qidalandırılır və onlarla görüntülü təmas yaradırıq.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
05.08.2020
Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
04.08.2020
“Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
03.08.2020
“Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük
31.07.2020
“Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info