Meliorasiya və Su Təsərrüfatı ASC daha bir su problemini həll etdi
Tarix: 04.07.2020 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti su təminatı ilə bağlı Füzuli,İmişli, Ağcabədi və Goranboy rayon sakinləri tərəfindən daxil olan müraciətlərin araşdırılması barədə məlumat yayıb. Məlumatda deyilir:
Füzuli rayonunun Alxanlı kənd sakini Kamal Quliyevin, transformator
yarımstansiyasının olmaması səbəbindən kənd ərazısində mövcud olan, istismarı
dayandırlmış subartezian quyusuna yeni transformatorun quraşdırılması ve enerji
şəbəkəsinə qoşulması barədə müraciəti araşdırıımış və əvvəllər mövcud olmuş
trasformator yarımsiansiyasının “Azərişıq” ASC—nin yerli qurumunun balanlsında olduğu müəyyən edilmişdir. “Azərişıq” ASC ilə aparılmış danışıqların nəticəsi olaraq, həmin quyu üçün transformator yarımstansiyası ayrılmış və hazırda quraşdırma işləri aparılır. Quyunun günün sonunadək işə salınması nəzərdə tutulmuşdur. Məlumat üçün bildiririk ki, həmin quyunun ətrafında olan sahələr əvvəllər Köndələnçayından su götürən sularla suvarılmışdır. Hazırda çayda su olmadığından quyunun bərpasına zərurət yaranmışdır. İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakinlərinin su təminatı ilə bağlı müraciətləri ilə əlaqədar olaraq bildiririk ki, kəndin 820 ha torpaq sahələri başalanğıcını Cənubi Muğan kanalından götürən Qızıl arx kanalı vasitəsi ilə suvarma suyu ilə təmin edilir. Həmin kanal rayonun 24 kəndinin 10800 ha sahəsinə xidmət edir. Hazırda kanala saniyədə 5 kbm su verilir və həmin su limit əsasında proporsional olaraq kəndlər arasında bölünür. Xoşçobanlı kəndinə limitə uyğun su verilir və su təminatında çətinlik yoxdur. Ağcabədi rayonun Afşar və Qaradolaq kğndlərinin sakinləri tərəfindən daxil olan müraciətlər araşdırılmışdır. Bildiririk ki, bu kəndlərin əkin sahələrinin su təminatı əsasən başlanğıcını Araz çayından götürən Yeni Xanqızı kanalı vasitəsilə həyata keçirilir. Bu kanal vasitəsi ilə rayonun 8 kəndinin 14000 ha yaxın, o cümlədən Afşar kəndinin 2100 ha və Qaradolaq kəndinin 2283 ha sahələri su ilə təmin edilir. Hazırda kanal vasitəsi ilə rayona saniyədə 2 kbm su verilir və su bölgüsü qrafiki əsasında kəndlər arasında paylanılır. Suyun miqdarı az olduğundan suvarmada gecikmələr yaranır. Su təminatına köməklik göstərilməsi məqsədi ilə Cəmiyyətin nüçayəndəsi rayona ezam edilmişdir. Hazırda Araz çayında su sərfi müəyyən qədər artdığından Yeni Xanqızı kanalı vasitəsi ilə Ağcabədi rayonuna verilən suyun miqdarının saniyədə 3 kbm çatdırılması üçün tədbirlər görülür. Günü sonuna suyun verilməsi təmin ediləcəkdir. Goranboy rayonun Kələk kənd sakinləri Nəbi İbrahimov, Yaqub Əliyev və Qaramusanlə kənd sakini Şəmsəddin Mirzəyevin müraciətləri barədə bildiririk ki, rayonun Kələk kəndi ərazisində Cəmiyyətin yerli istismar idarəsinin balansında 13 ədəd subartezian quyusu vardır və bu quyular hazırda işlək vəziyyətdədir. Lakin quyulardan 2 ədədi uzun müddət istismarda olduğundan məhsuldarlıqları xeyli azalmış və təlabatı tam ödəmir. Rayonun Qaramusalı kəndində istismarda olan 25 ədəd quyu işlək vəziyyətdədir. Onlardan 3 ədədinin məhsuldarlığı azalmışdır. Sakinlər həmin quyuların ətrafında yeni quyu lüləsinin (kolunun) qazılmasını xahiş edirlər. Məlumat üçün bildiririk ki, cari ildən rayon ərazisində məhsuldarlığı azalmış quyulardan 10 ədədinin, o cümlədən Kələk kəndində 1 ədəd və Qaramusalı kəndində 1 ədədinin yanında yeni quyu lüləsinin (kolunun) qazılması nəzərdə tutulmuşdur, bu quyulardan 2-sindən qazma işləri başa çatdırılmış və ilin sonunadək digər quyularının qazılması təmin ediləcəkdir.





 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb - VİDEO
06.08.2020
Yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb
06.08.2020
Tovuzda tütün qurutma müəssisəsi fəaliyyətə başlayıb
06.08.2020
Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
06.08.2020
AZSIĞORTA xalis mənfəətini 36% artırıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info