Kosmosa misilsiz uçuş təklif olunur
Tarix: 23.10.2013 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


ABŞ-ın Arizona ştatındakı "World View Enterprises" şirkəti 30 km yüksəkliyə turistləri yollamaq niyətindədir. Aerostat turistləri 90 dəqiqə ərzində bu yüksəkliyə qaldıracaq və onlar fəzada təxminən 2 saat qalacaqlar.
Uçuş üçün 75 min dollar ödəyəcək turist lüks aerostat kabinəsindəki rahatlıqlardan faydalanacaq. Kabinədə hətta bar da var.
Daily Mail-in məlumatına görə, uçuşlara ABŞ-ın Federal Mülki Aviasiya Xidməti icazə verib.
Arizonadakı Tuson şəhərində yerləşən "World View Enterprises" şirkətinin baş direktoru Ceyn Poynterin dediyinə görə, toplam olaraq 4 saat davam edəcək uçuş turistlərə unudulmuz təəssüratlar bəxş edəcək.
"Aerostatla ilk kommersiya reysini 2016-cı ildə gerçəkləşdirmək niyyətimiz var. Uçuş sınaqları isə bir müddət sonra başlanacaq. Layihənin uğurla reallaşacağına əsla şübhə etmirəm", - Poynter deyib.
Onun sözlərinə görə, NASA indiyədək dəfələrlə aerostatları stratosferə çıxarıb və burada heç bir problem yoxdur.
"World View Enterprises" şirkətinin aerostatında uçuş "Red Bull"un sponsorluğu ilə layihəsini reallaşdıraraq stratosferdən Yerə atılmış Feliks Baumqartnerin uçuşunu da kölgədə qoya bilər.
Aerostatın ilkin layihəsində kapsulda 2 pilot və 6 sərnişin üçün yer nəzərdə tutulub.
Aerostat 30 km yüksəkliyə 90 dəqiqə ərzində qalxacaq, orada 2 saat qalacaq, sonra 40 dəqiqə ərzində yerə enəcək.
Milyarder Riçard Brensonun "Virgin Galactic" şirkəti də "Space Ship 2" kosmosa kommersiya uçuşları təklif edir.

Sahibə




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Prezident: Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır
02.07.2020
Prezident: Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir
02.07.2020
Azərbaycan Prezidenti: Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir
02.07.2020
Prezident: Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır
02.07.2020
Metro və ictimai nəqliyyatın fəaliyyəti dayandırılır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info