“Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
Tarix: 07.07.2020 | Saat: 12:01:00 | E-mail | Çapa göndər


Kəbutər Haqverdi: “Siyahıyaalma prosesi isə davam edir və həyat normala döndükdən sonra yarımçıq qaldığımız yerdən davam edəcəyik”

Müsahibimiz Türkiyədə yaşayan jurnalist həmkarımız, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi başqanı Kəbutər Haqverdidir.

- Siz 2018 - ci ildən İstanbulda qaçaq yaşayan Azərbaycanlıların siyahıya alınmasını həyata keçirirsiniz. Bu məsələ necə oldu ki, gündəmə gəldi?

-2012 - ci ildə tamamiylə təsadüf nəticəsində öyrəndim ki, İstanbulda azərbaycanlılardan ibarət məhəllələr var və bu məhəllələrdə yaşayan soydaşlarımız qardaş Türkiyədə heç bir yerdə qeydiyyata düşmədən həm də qanunlardan gizlənərək yaşayırlar. Bu məsələ barəsində Azərbaycana o zaman məlumat verilsə də, 2017-ci ildən intensiv şəkildə problemin həllinə başlanıldı.

-Azərbaycan Respublikası Diaspora İlə İş Üzrə Dövlət Komitəsinin rəhbərliyi altında həyata keçirilən bu prosesdə çox aktiv rol oynadınız. Konkret siz hansı vəzifəni icra edirdiniz?


-Bu sualı bir neçə ay öncə İstanbul Göç İdarəsi Gənəl Başqanı- Miqrasya İdarəsinin rəisi Rəcəb Batu da vermişdi mənə. Məsələ belə idi ki, bir neçə ay öncə Bakıdan sənədsiz soydaşlarımızla bağlı siyahı gəlmiş və Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı çağrılaraq siyahıdakı adamların müəyyənləşdirilməsi və idarəyə gətirilməsi işi ona tapşırılmışdı. Nədənsə bu iş yerinə yetirilməmişdi. Odur ki, Rəcəb bəy konsulluq əməkdaşının bacara bilmədiyi bir işi mənim necə inamla həll edərik deməyimə heyrətlənmişdi. Ona verdiyim cavabı təkrar etmək istəyirəm:
Heç bir vəzifə daşımırdım və indi də bütün vəzifələrin ictimai xarakter daşıyır ki, burada belə vəzifəlilərə könüllülər deyilir. Məqsədim buradaki Azərbaycan toplumunun vəziyyətinin yaxşılaşdırılması və ilk növbədə onların yaşayışının qanunlar çərçivəsində davam etməsi idi. Bu çox geniş və ətraflı danışılacaq mövzu olduğu üçün konrkret onu deyim ki, üç ildə arxivimdə 10250 nəfərdən çox insanın məlumatları var. Hər ailənin ən az iki üzvünün doğum haqqında şəhadətnasməsi yoxdur, yəni bu insanların hansı ölkənin vətəndaşları olmalarını bir kənara qoyaq, mövcud olmaları ilə bağlı heç bir sənəd yoxdur. Və bu insanlar Türkiyə Cumhuriyəti prezidentinin, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanlarının insiativinə sığınaraq yaşayırlar. İstəsəniz bu mövzuda ayrıca daha geniş bir şəkildə danışa bilərik.

-Artıq Türkiyədə pandemiya ilə bağlı karantinlər götürülüb, qadağalar yumşalıb. Amma 3 ayı aşan bir müddətdə soydaşlarımız pandemiya dövrünü başa vurmaları daha böyük çətinliklər yaradar fikrimizcə.


- Əlbəttə, bu insanlar heç bir iş təminatı olmadan, çalışma haqları olmadan işləyirlər. Üstəlik bahalı kirayə və komunal xərclər. Birdən birə ölkədə karantin elan olundu və iş yerləri bağlandı. Vətəndaşlar və vətəndaşların bəhrələndiyi haqlara malik əcnəbilər təbii ki, böyük çətinliklərlə üzləşmədilər. Bu soydaşlarımız isə birdən birə aclıq və digər çətinliklərlə üz üzə qaldılar. O zaman bütün imkanlı və durumu müsait olan qüvvələrimiz hərəkətə keçdilər.

-Hansı addımları atdınız?

-Konkrət ev – ev, ailə - ailə gəzdiyim sənədləşmə işlərində kömək etdiyim məhəllələr vardı. Özəlliklə Qazi Osman Paşa və Bayrampaşa rayonlarının Azərbaycanlılar yaşayan məhəllələrinin ərzaqla təmin olunması üçün təkrar siyahıya almalara başladım. 2018-ci ildə bu işə başlayanda insanlar güvənə bilmirdilər. Çox neqativ hallar baş vermişdi. Saxta sənədləri hazırlanmış, dönəm dönəm insanlardan pul yığıb sənədləşmə işlərinə kömək edəcəklərini deyərək onlara fırıldaq gəlmişdilər. Odur ki, biz təkrar toplantılar çağırıb sənədləşmə üçün müraciət edin deyəndə bu insanların çox az qismi bizə inanmışdı. Ama aradan keçən müddət ərzində ciddi nəticələri görüb inanaraq yaxınlaşırdılar. Bir çox dövlət qurumlarının, özəlliklə Türkiyə Parlamentinin üzvü, Azərbaycan kökənli deputat Şamil Ayrımın köməyi və Qazi Osman Paşa Kaymakamı Numan Hatipoğlunun birbaşa göstərişi ilə ailələr ərzaqla təmin edildi. Mənim əlimdə olan siyahılardakı ailələrdən demək olar ki, yardım edilməyən qalmadı.

-Bu 3 ay içində həm də çox ağır durumda və xəstə olanlar da vardı bildiyimiz qədəri ilə.

-Yayılan COVİD 19 virusundan bir neçə ailə başçısı vəfat etdi. Bu ailələr karantinə alındılar. Bir nəfərin analizdən keçməyi isə ən az 120 manata başa gəlirdi ki, bu məbləğ indiki halda heç bir yerdən bir qəpik gəliri olmayan ailələr üçün böyük puldur. Məcburiyyətdən ölkə başçısı İlham Əliyəvə yazılı müraciət ədərək ondan kömək istədim. Və əlimdəki məlumatları Azərbaycanın Ankaradakı Səfirliyinə göndərdim və ailələr hakkında məlumat vərdim. Bu günlərdə həmin ailələrə Ankara Azərbaycan Səfirliyindən zəng ədib məlumatları dəqiqləşdiriblər və kirayə pullarına, komunal xərclərə kömək edəcəklərini söyləyiblər. Amma bu ailələrin mənəvi olaraq yanlarında olmaqla yanaşı, dövlət dəstəyinə ciddi bir şəkildə ehtiyacları var. Bundan başqa 50 - yə yaxın ailəmiz var ki, ya ailə başçısınını biri yoxdur, ya xəstədir. Daha sonra bir neçə ailəmiz var ki, bir və ya iki uşağı anadangəlmə qüsurludur. Azərbaycan Dostluq Dərnəyi Başqanı Xuıraman Ağasısoy və Vəfa Beynəlxalq Yardım Fondunun qurucularından Cümali Kələş bu ailələri himayəyə götürməyi planlayırlar. Uşaqların dərmanları və bir neçəsinin əməliyat olunması da Vəfa Fondunun dəstəyi ilə həyata kəçiriləcək.
Siyahıyaalma prosesi isə davam edir və həyat normala döndükdən sonra yarımçıq qaldığımız yerdən davam edəcəyik.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
05.08.2020
Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
04.08.2020
“Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
03.08.2020
“Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük
31.07.2020
“Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info