“İnsanlar epidemiyanın 100 ildə bir olduğunu düşünürlər, amma bu, belə deyil“
Tarix: 07.07.2020 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramı (UNEP) heyvanlardan insanlara bulaşan zoonotik xəstəliklərin, vəhşi təbiət və çevrəni qorumaq üçün tədbirlər görülməzsə, artmağa davam edəcəyi xəbərdarlığını etdi.

UNEP və Beynəlxalq Heyvandarlıq Araşdırma İnstitutunun (İLRİ) ortaq hazırladığı yeni hesabatda son illər artan ebola, sarsit, zika, HİV/AİDS, Qərbi Nil qızdırması və yeni tip korona virusu (Covid-19) kimi heyvanlardan insanlara bulaşan xəstəliklərə diqqət çəkilir.

UNEP Elmi Araşdırmalar bölümünün rəhbəri Maarten Kappelle sözügedən mövzu ilə bağlı deyib: ``İnsanlar epidemiyaya 1918-1919-cu illər “ispan qripi” (influenze) infeksiyası kimi baxır və bu cür xəstəliklərin yalnız 100 ildə bir olduğunu düşünürlər. Amma bu qənaət artıq doğru deyil. Təbiət və insan həyatı arasındakı tarazlığı təmin edə bilməzsək, bu epidemiyalar get-gedə artacaq və yayılacaq.``

UNEP-in direktoru İnqer Andersen (İnger Andersen) isə son yüz ildə korona virusu növlərinin ən az 6 böyük epidemiyaya səbəb olduğunu söyləyib: “Ət istehlakının son 50 ildə 260 dəfə artıb. Vəhşi təbiət sahələri əkinçilik ərazilərinə çevrilir. Elm dəqiq olaraq bildirir ki, vəhşi təbiəti istismar etməyə və ekosistemlərə zərər vurmağa davam etdiyimiz müddət boyu qarşıdakı illərdə heyvanlardan insanlara bulaşan xəstəliklər artacaq. Epidemiyaların qarşısının alınması üçün hökumətlərə torpaq və ərazilərdə bioloji müxtəlifliyi artırma və elmi araşdırmalar üçün sərmayə qoymaya çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Robotlar da yatmalıdır
07.08.2020
Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib
07.08.2020
Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
06.08.2020
İlk dəfə elektrik motorlu təyyarələrə uçuş sertifikatı verildi
06.08.2020
Türkiyәdә qeyri-adi evlilik tәklifi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
2 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
3 İspaniyaya turist axını 70 faizdən çox azalıb
4 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
5 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info