Hikmət Əlizadə: Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir
Tarix: 07.07.2020 | Saat: 20:38:00 | E-mail | Çapa göndər



Dünən paytaxtın bir sıra rayonlarında kəskin, xoşagəlməz iy-qoxu hiss olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bununla bağlı daxil olan məlumat operativ araşdırıldı və ilkin olaraq həmin iy-qoxunun mənbəyinin Böyükşor gölü olduğu müəyyən edildi. Nazirliyin müvafiq qurumları tərəfindən həm gölün suyundan, həm də atmosferdən nümunələr götürülərək bioloji və kimyəvi analiz aparıldı. Analizlərin bir qisminin nəticəsi əldə olunsa da, bəzilərinə bir az zaman lazımdır. İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekolojin Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Nazirliyin rəsmisi bildirib ki, Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir: “Ətrafda yerləşən bəzi məntəqələrin, istehsalat müəssisələrinin, yaşayış evlərinin tullantıları, çirkab suları vahid mərkəzləşmiş kanalizasiya sistemi olmadığına görə həmin gölə axıdılır. Bu səbəbdən orada az da olsa iy-qoxu müşahidə edilirdi. Lakin dünənki kəskin qoxunun səbəbi həm analizlərdən, həm də digər istiqamətlər üzrə apardığımız təhlillərdən sonra müəyyənləşəcək. İlkin ehtimallardan biri iki gün öncə “Sobsan” boya fabrikində olan güclü yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılmasıdır. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə həmin məsələni də araşdırırıq. Aparılan araşdırmaların və kimyəvi-bioloji analizlərin nəticəsi məlum olduqdan sonra yekun rəy ictimaiyyətə açıqlanacaq”.
H.Əlizadə son illərdə Böyükşor gölünün təmizlənməsi istiqamətində dövlət tərəfindən kifayət qədər böyük tədbirlərin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bununla bağlı proqramların icrası davam etdirilir: “Təqribən 10 il əvvəl bu göl ekoloji fəlakət zonası elan edilmişdi. Son illər keçirilən tədbirlər gölün ekologiyasına müsbət təsir edib. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”.




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
08.08.2020
Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
08.08.2020
Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq-VIDEO
08.08.2020
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
08.08.2020
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
2 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
3 İspaniyaya turist axını 70 faizdən çox azalıb
4 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
5 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info