Dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir
Tarix: 08.07.2020 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı dövlətimizin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən növbəti bir addımı kimi dəyərləndirilməlidir. Verilən məlumatlardan da göründüyü kimi, modul tipli hospitalda 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.

Bunu Trend-ə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, bu tipli modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxan insanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Millət vəkilinin sözlərinə görə, dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir. Bu sırada modul tipli xəstəxanaların yaradılması da vacib məqamlardan biridir. Bildiyiniz kimi, dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıb. Artıq onların bir neçəsi istifadəyə verilib. Verilən məlumatlara görə, bütövlükdə modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradacaq.

Deputat qeyd edib ki, tibb müəssisəndə yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verən cənab Prezident İlham Əliyev ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri ilə bağlı fikirlərini geniş şəkildə bildirib. Dövlətimizin başçısının dediyi kimi, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Fevral ayında bizim cəmi altı laboratoriyamız olsa da, hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, imkan verəcək ki, daha çox test aparılsın. Məhz görülən işlərin nəticəsidir ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.

Müsahibəsində karantin rejiminə də toxunan dövlətimizin başçısı qeyd edib ki, hər bir vətəndaş bu rejimə əməl etməlidir və heç kim qanundan üstün deyil. Əsas məqsəd xalqın sağlamlığının qorunmasıdır.

Fatma Yıldırım söyləyib ki, cənab Prezident Azərbaycanın bır sıra ölkələrə humanitar göstərməsinin əhəmiyyətini də vurğulayıb. Bütün bunlar Azərbaycanın dünyada nüfuzunu daha da artırır: “Eyni zamanda, Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi bir daha dövlətimizin artan beynəlxalq imicinin ifadəsidir. Bu təşəbbüsə yalnız işğalçı Ermənistan qarşı çıxıb ki, dövlətimizin başçısının dediyi kimi, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Eyni zamanda, bu addımı ilə Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Prezidentimiz İlham Əliyev Ermənistan haqda “demokrat” obrazı yaratmaq istəyənlərə cavab olaraq bildirib ki, Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər.

Müsahibəsində Dağlıq Qarabağ probleminin hazırki vəziyyətəndən də danışan dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcəyini bir daha bəyan etdi. Cənab Prezident həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini tənqid edib, işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarına heç bir mövqe bildirmədiklərini söyləyib.

Ümumiyyətlə, bu məsələ ilə bağlı cənab Prezident çox mühüm bəyanatlar verdi və qeyd etdi ki, belə davam edərsə mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Beynəlxalq təşkilatlar, xüsusilə Minsk qrupunun həmsədrləri bu bəyanatdan nəticə çıxarmalıdırlar”-deyə, deputat vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
08.08.2020
Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
08.08.2020
Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq-VIDEO
08.08.2020
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
08.08.2020
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
2 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
3 İspaniyaya turist axını 70 faizdən çox azalıb
4 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
5 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info