Yaponiya şirkəti tərcüməçi-maska hazırlayıb
Tarix: 11.07.2020 | Saat: 09:51:00 | E-mail | Çapa göndər



Yaponiyanın robotlar istehsalı ilə məşğul olan “Donut Robotiks” şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.
AZƏRTAC “Techeblog” saytına istinadla xəbər verir ki, “C-Face” adlanan həmin maska virusdan qorumaqla yanaşı, onun sahibinin dediklərini doqquz dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir. “Bluetooth” vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb.
Qeyd edək ki, “Donut Robotiks” şirkəti bir neçə ildir ki, “Haneda” beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.
Maskanın kraudfandinq üzərindən toplanan vəsaitlə istehsal olunması planlaşdırılır. Layihə üçün artıq 260 min dollar vəsaitin toplandığı bildirilir. Yeni məhsulun cari ilin sentyabrından satışa çıxarılacağı gözlənilir.
Təqribən 40 dollar dəyərində olan maskanın əvvəlcə Yaponiyada, sonra Çin, Avropa ölkələri və ABŞ-da satışı nəzərdə tutulur.
Şirkətdən gələcəkdə maskanın yalnız danışığı deyil, həm də görüntünü tərcümə etməsi üçün işin davam etdiriləcəyini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb
04.08.2020
Almaniyada “CityAirbus” adlı uçan taksinin sınağı uğurlu olub
02.08.2020
Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
01.08.2020
Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
01.08.2020
“Rover“ kosmik gəmi kosmosa buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11583

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info