Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri addımları atır
Tarix: 11.07.2020 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Azərbaycanın hazırda işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına, əzəli, əbədi ata-baba yurduna getmək cinayətdirsə, bəs Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, işğalçılıq siyasəti nədir?!
Bunu Milli Məclisin insan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə”nin Dilqəm Əsgərovu “ömürlük”, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etməsi, illərdir soydaşlarımızın işgəncələrə məruz qalması işğalçı Ermənistanın mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları, onların Əlavə Protokollarının müddəalarına zidd əməllərinin sübutudur.
Artıq dünya birliyi də Ermənistanın beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam etdiyinin, Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymadığının şahidi olur. Dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır.
BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələr, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantları Ermənistanın işğalçı dövlət kimi qəbul etməsinə baxmayaraq, sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir. Hətta işğalçı fəaliyyətinə hüquqi don geyindirməyə çalışır.
Ermənistanın mülki insanları və obyektləri ağır silahlardan hədəflənmiş şəkildə atəşə tutması, soydaşlarımızı girovluqda saxlamaqda davam etməsi aydın şəkildə göstərir ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər təsadüfi olmayıb, avantürist hakimiyyətin yürütdüyü məqsədyönlü və sistematik siyasətin tərkib hissəsidir. Hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlərini, insanlıq əleyhinə cinayət əməllərini sübut edən minlərlə faktlar var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində qeyd etdiyi kimi: “Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”.
Təəssüflər olsun ki, ikili standartlara daha çox rəvac verən beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir addım atmır. Bu da onu göstərir ki, işğalçı dövlətə himayədarlıq edən beynəlxalq təşkilatlar qarşıya qoyduqları məqsədləri deyil, hansısa sifarişləri yerinə yetirməklə, çirkin əməlləri ilə Azərbaycanın artan nüfuzuna zərbə vurmaqla məşğuldurlar.
Düşmən dəyirmanına su tökən qüvvələr 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində də Azərbaycan xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun gücünü gördülər, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer tutmasının şahidi oldular. Eyni zamanda, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə xalqımızın ümummilli maraqlarını qoruduğunu, ölkəmizlə bağlı həqiqətləri ən yüksək kürsülərdən bəyan etdiyini, fəaliyyətini ikili standartlarla quran beynəlxalq təşkilatları və ölkələri ifşa etdiyini gördülər.
Azərbaycan Respublikası tezliklə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün zəruri addımları atır, bundan sonra da atacaq.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
9 hakimin fəaliyyətinə xitam verilib
12.08.2020
“Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar “5-ci kalon” tərəfindən idarə olunur“
11.08.2020
Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib
11.08.2020
Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq
11.08.2020
Region QHT-lərinin fəaliyyətinin cəmiyyət həyatına təsiri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
2 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
3 Turizm Agentliyi sahibkarlara müraciət edib
4 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
5 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info