Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
Tarix: 11.07.2020 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Operativ Qərargahın brifinqində sosial sahə ilə bağlı səslənən suallara aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirdiyi brifinqdə xüsusi karantin rejimi davam edən 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyənlərdən ibarət aztəminatlı şəxslərin heç də hamısının 190 manat almamasına dair sual səslənib.

Bununla əlaqədar bildiririk ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aprel-may aylarında 600 min şəxs yaşayış minimumu qədər, yəni aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib.

Həmçinin 16 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) xüsusi karantin rejiminin davam etdiyi üçün həmin şəhər və rayonlar üzrə də 290 minə yaxın insana 190 manat məbləğində birdəfəlik formada ödəniş həyata keçirilib.

Ümumilikdə aprel və may aylarında respublika üzrə, habelə son günlərdə 16 şəhər və rayon üzrə birdəfəlik ödəmənin verilməsi üçün ümumilikdə 280 milyon manatdan çox vəsait sərf olunub.

Aprel-may ayları üzrə ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı hazırda xüsusi karantin rejiminin mövcud olduğu şəhər və rayonlara aid olan şəxslər, habelə bu 16 şəhər və rayonda qeydiyyatda olanlar bu birdəfəlik ödəməni alıblar.

Qeyd edək ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, vətəndaşlara dair məlumatların aidiyyəti informasiya sistemləri üzərindən Qərarla təsdiq edilmiş meyarlara uyğunluğunun təkrar yoxlanılması əsasında verilib. Aprel-may aylarında ödəmə almasına baxmayaraq, sonradan adında əmək müqaviləsi, VÖEN, torpaq payı və s. aşkar edilib, həmin şəxslərə bu ödəmə qanunauyğun olaraq verilməyib.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub
10.08.2020
Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - Rəsmi açıqlama
10.08.2020
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
3 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
4 Turizm Agentliyi sahibkarlara müraciət edib
5 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info