“Ermənistanın məqsədi KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməkdir, KTMT üzvləri bu hiyləni yaxşı başa düşür“
Tarix: 13.07.2020 | Saat: 17:34:00 | E-mail | Çapa göndər



Azərbaycan-Ermənistan sərhədində baş verənlər onu göstərir ki, bu münaqişə olduqca qaynardır. Münaqişə nizamlanmayıb və hər an partlaya bilər.

Palitranews.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
Rusiyalı siyasi ekspert baş vermiş toqquşmanın bir sıra səbəblərinin olduğunu söyləyib: "Bu səbəblərdən biri Ermənistanda daxili siyasi və iqtisadi böhranın olmasıdır. Paşinyan hakimiyyəti verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. Ölkədə koronavirus pandemiyası fonunda iqtisadi və siyasi vəziyyət gərginləşib. Ona görə də, hansısa yolla ictimai rəyi başqa yönə istiqamətləndirmək lazımdır. Bu, birinci səbəb. İkinci səbəb isə Ermənistanın hazırkı rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin Rusiya tərəfindən hazırlanan Kazan formulu əsasında nizamlanmasından qorxmasıdır. Bu formulun məğzi hər kəsə məlumdur. Burada söhbət ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında rayonların Azərbaycana qaytarılmasından və bunun qarşılığında Ermənistan və Dağlıq Qarabağın blokadasının götürülməsindən və Qarabağın yekun statusunun müzakirə olunmasından gedir. Ermənistan rəhbərliyi bu formulu imzalamaqdan qorxur. Ona görə qorxur ki, ölkədəki radikal qüvvələrin təzyiqi ilə qarşılaşacağını bilir. Bu şərtlərdə Ermənistana kiçik hərbi əməliyyatlara başlamaq sərf edir. Ona görə sərf edir ki, beynəlxalq vasitəçilər əllərini masaya çırparaq Ermənistanı hədələsinlər, Paşinyan da əhalisinə beynəlxalq təzyiq nəticəsində güzəştə getməli olduqlarını göstərsin".

S. Markov Ermənistanın Azərbaycanla sərhəddə təxribat törətməkdə əsas məqsədinin isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək olduğunu vurğulayıb. Rusiyalı siyasi ekspert hərbi əməliyyatlar davam edəcəyi təqdirdə KTMT-nin hansı mövqedən çıxış edə biləcəyinə də aydınlıq gətirib: "KTMT hər zaman öz mövqeyini dəqiq ortalığa qoyub. KTMT Dağlıq Qarabağı Ermənistan ərazisi hesab etmir. Ona görə də Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlar başlayacağı təqdirdə bu təşkilat tamamilə neytral mövqe sərgiləyəcək. KTMT Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməyəcək. Ona görə də düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sərhəddə hərbi toqquşma çox davam etməyəcək. Çünki Azərbaycan bunda maraqlı deyil. Bu, Ermənistanın təşəbbüsüdür. Ermənistanın Azərbaycanla sərhəddə hərbi əməliyyatlara başlamaqda məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsini bu münaqişəyə cəlb etməkdir. Lakin KTMT və bu təşkilata üzv dövlətlər çox yaxşı başa düşür ki, Ermənistan tərəfi hiyləgərlik edir. Hesab edirəm ki, Azərbaycan Ermənistanla sərhəddə ermənilərin təxribatına atəşlə cavab versə belə, KTMT buna müdaxilə etməyəcək. Çünki KTMT-yə üzv dövlətlər Ermənistanın hiyləsini yaxşı başa düşürlər".




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
05.08.2020
Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir
03.08.2020
Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər
02.08.2020
Azərbaycanın inamlı siyasəti Ermənistanı bütün müstəvilərdə məhv edib
02.08.2020
Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11583

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info