Prezident İlham Əliyev Emmanuel Makrona təbrik məktubu göndərib
Tarix: 13.07.2020 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona Fransa Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:

"Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan və Fransa arasında qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etməsi məmnunluq doğurur. Siyasi, iqtisadi, mədəni, təhsil, müdafiə, yüksək texnologiyalar və digər sahələrdə ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edən əlaqələrimizin birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəyinə əminəm. Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasında maraqlıdır.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və digər həmsədr ölkələrin qətiyyəti və ədalətli mövqeyi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına tezliklə son qoyulacağına, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağına ümid bəsləyirik. Biz münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində ədalətli şəkildə həll olunacağına inanırıq.
Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Fransa xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa Respublikasına daim firavanlıq diləyirəm".




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək
05.08.2020
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi
05.08.2020
Azərbaycan Livana 1 milyon 700 min manat maliyyə yardımı edəcək
05.08.2020
Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
05.08.2020
Masallıda badımcan sahələri ildən-ilə genişləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11584

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info