Gənc pianoçu Ülvi Əhmədov: “Gənclərin uğurlu gələcəyi təmin edilir”
Tarix: 24.10.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Bu gün gənclərimizin istedadlarının üzə çıxarılması üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bunu bütün sferalarda öz bacarıqlarını sınayan, karyera qurmaq istəyən gənclərimiz haqqında demək olar. Çünki xalqımızın mədəni sərvətlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi hər bir şəxsin üzərinə düşən önəmli tarixi missiyadır.

Xalqımızın həyatında yeni tarixi dövr, yeni yaradıcılıq və mədəni əlaqələr epoxası, intibah mərhələsinin başlanması məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçib. Bu ənənələr yeni mərhələdə uğurlu və yaradıcı bir şəkildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyət sahəsində də bu gün reallaşan möhtəşəm layihələr ulu öndərin bizə irs qoyduğu milli-mədəni siyasətin davamıdır. Bu siyasət həmçinin, milli-mənəvi dəyərlərimizin dirçəlməsinə və dünya birliyinə çatdırılmasına xidmət edir. Azərbaycan musiqisinin çiçəklənməsi, onun beynəlxalq arenada tanınması məhz bu qayğının nəticəsidir. Danılmaz həqiqətdir ki, incəsənətin gələcəyi xeyli dərəcədə sənət aləminə yenicə qədəm qoyan istedadlı gənclərimizdən asılıdır. Gənclərin istedadlarının üzə çıxarılması üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bizə bir istedadlı gənc haqqında məlumat verən gənc NDU-nun Mətbuat şöbəsinin əməkdaşı Mina Qasımova bildirdi ki, haqqında danışacağı gənc də məhz göstərilən dövlət qayğısının nəticəsində irəliyə doğru addımlayan Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi Ülvi Əhmədovdur: “Ülvidə musiqiyə həvəs ailəsindən keçib. Naxçıvan şəhərində yaşayıb yaradan bu ailə musiqi ənənələrinə bağlılığı ilə seçilir. Atası tarzən Rüfət Əhmədov, əmisi Naxçıvan musiqi mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan professional bəstəkarlardan biri Kamal Əhmədovdur. 1992-ci il may ayının 1-də Naxçıvan şəhərində anadan olan bu gənc, Naxçıvan şəhərindəki Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin fortepiano şöbəsində oxumaqla bərabər solo konsertlərdə uğurla iştirak edib. Hələ balaca yaşından bu sənətə böyük maraq göstərmiş, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Hər gün saatlarla fortepiano çalıb, musiqi əsərlərini dinləyən Ülvinin uşaqlıqdan arzusu sənətə mükəmməl yiyələnib, xalq musiqimizi dünyaya tanıtmaq olub”.

Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gənclərimiz sağlam düşüncəli, vətənpərvər, xalqını millətini sevən gənclərdir. Müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Onların nümayəndələri- bugünkü uşaqlar, yeniyetmə və gənclərdir. Əminik ki, gənclərimiz müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlayacaqlar.
Heydər Əliyev

2004, 2007 və 2008-ci illərdə ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən müsabiqələrdə iştirak edib və I dərəcəli diplomlarla mükafatlandırılıb. Həmçinin 2008-ci ildə Bakı şəhərində keçirilən I Respublika baxış müsabiqəsində diplomant olub”.
Mina xanım bildirdi ki, gənc olmasına baxmayaraq, Ülvi Əhmədov üzərinə düşən çətin vəzifələri layiqincə yerinə yetirir və musiqi mədəniyyətimizin inkişafı naminə var qüvvəsini sərf edir: “2006-cı ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Gənc pianoçuların respublika müsabiqəsi”ndə Ülvi Əhmədov Muxtar Respublikamızı uğurla təmsil edərək birinci yerin sahibi olub. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə keçirilən tədbirdə, Ü.Əhmədov, Prokofyevin “Navajdenie”, Listin “Rapsodiya” əsərlərini ifa edıb. Uğurlu ifa Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Səyavuş Kərimi tərəfindən bəyənilib, ona sənət yolunda uğurlar arzulanıb. Gənc pianoçu Ülvi Əhmədov 2009-cu ildə "Gənc pianoçuların respublika müsabiqəsi"ndə iştirak edib, 1-cilik mükafatına layiq görülüb və Azərbaycan Dövlət Filarmoniyasında yekun konsertində uğurla çıxış edib. Qeyri-adi fitri istedada, musiqiyə sonsuz həvəsə malik olan Ülvi 2010-cu ildə Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mühüm ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetinin bəstəkarlıq ixtisasına yiyələnmək üçün universitetə daxil olur. Burada universitet rəhbərliyi, xüsusi ilə də AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir, sənət müəllimləri ilə yanaşı tanınmış akademikin də dəyərli tövsiyələrindən faydalanırdı”.
Mina xanım bildirir ki, tələbəlik illərində Ülvi bir-birinin ardınca uğurlar qazanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Naxçıvan” jurnalının 2009-cu ildə çap olunmuş 20-ci nömrəsində, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təsis olunan “Gəncliyimiz gələcəyimiz” kitabında Naxçıvan Muxtar Respublikası uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin istedadlı şagirdləri sırasında Ülvi Əhmədov haqqında da məlumat verilib.
2012-ci il 14-18 dekabr tarixlərində keçirilən, Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayında, Kamera Orkestrinin konsertində Naxçıvan Dövlət Universitetinin bəstəkarlıq ixtisası üzrə III kurs tələbəsi, Gənc Pianoçuların Respublika Müsabiqəsinin qalibi Ülvi Əhmədov fortepiano üçün “Mövzu ilə variasiyalar” adlı əsəri ilə çıxış edib. Onun ifası musiqiçilər tərəfindən yüksək qiymətləndirilib.
2013-cü ildə bəstəkar Kamal Əhmədovun “Fortepiano və vokal-instrumental” əsərlərdən ibarət konsertində gənc pianoçu, K.Əhmədovun “Aşıqsayağı” əsərini ifa etmiş, “Fortepiano və simfonik orkestr üçün konsert”, üç hissəli əsərini isə Beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyevlə (2 piano üçün) birlikdə ifa edib.
Həmçinin, 2013-cü ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Uşaq musiqi, incəsənət və Bədii Sənətkarlıq məktəbləri şagirdlərini Muxtar Respublika müsabiqəsində yüksək səviyyədə hazırladığına görə gənc pianoçu Ülvi Əhmədov Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.
29 aprel- 3 may 2013-cü ildə Bakı şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”ndə I turda F.List- Paqaninin “Kampanella”, F.Şopenin “Etüd”, V.A.Motsartın “Sonata”, a-moll əsərlərini, II turda isə F.Listin “Rapsodiya”, cis-moll, T. Quliyevin “Qaytağı”, K.Əhmədovun “Aşıqsayağı”, R.Hacıyevin mövzusu əsasında “Variasiyalar” əsərlərini fortepianoda ifa edərək III yeri qazanıb və diplomla mükafatlandırılıb. Onu qeyd edim ki, müsabiqənin iştirakçıları Bakı Musiqi Akademiyasının bakalavriat və magistratura tələbələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olmuş və yekun konsertinə isə “Qranpri” və I, II yerin qalibləri içərisində T.Quliyevin “Qaytağı” əsərini ifa etmək, yegane olaraq Ülvi Əhmədova həvalə olunmuşdu.
Mina xanım bildirir ki, özü ilə söhbət zamanı, Ülvi vurğuladı: “Prezidentimizə, Ali Məclisin sədrinə böyük minnətdarlığımı bildirirəm. Gənclərə belə böyük diqqət yönəldir, onların uğurlu gələcəyini təmin edirlər”. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmovadan dərs alan Ülvi onu da söylədi: “Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov daima bizim problemlərimizlə maraqlanır və əlindən gələn köməyi əsirgəmir”.
2012-ci ildə Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində solo konsertini keçirən Ülvi Əhmədov, həmin konsertdə Şopen, Prokovyev, Bax, Motsart, Listin əsərlərini yüksək professionallıqla ifa etmiş, musiqisevərlərin böyük sevincinə səbəb olub. Millətin gələcəyi onun istedadlı gənclərindən asılıdır. Gənclərə yaradılan hərtərəflin şəraitdən istifadə edərək, öz bacarıqlarını layiqincə nümayiş etdirmələrini arzulayırıq. Ülvi Əhmədovu qələbəyə aparan məsuliyyətli sənət yolunda böyük uğurlar diləyirik.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info